Aİ ölkələrinin səfirləri Rusiyaya yeni sanksiyaları müzakirə edəcəklər

2024/07/1721641317.jpg
Oxunub: 459     13:42     25 Noyabr 2024    
Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələri Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə iclasın gündəliyində qeyd olunub.

Sənədə əsasən, müzakirələr noyabrın 27-də baş tutacaq.

Daha əvvəl Aİ institutlarının rəhbərləri Brüsselin Rusiyaya qarşı 15-ci sanksiya paketinin hazırlanmasına başladığını bildirmişdilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya  


Bizi "telegram"da izləyin