Rumıniya F-35 “Lightning II” üçün qərarını verib

2024/11/1732522532.jpg
Oxunub: 543     13:21     25 Noyabr 2024    
Rumıniya F-35 “Lightning II” döyüş təyyarələrinin tədarükü üçün 32 təyyarəni əhatə edən Təklif və Qəbul Məktubunu (LOA) imzalayaraq, layihəyə rəsmən cəlb olunub.

Ordu.az xəbər verir ki, təxminən 6,4 milyard dollar xərclə Rumıniya F-35 platformasını seçmiş Belçika, Çexiya, Danimarka, Finlandiya, İtaliya, Niderland, Polşa və Böyük Britaniya kimi Avropa ölkələrinə qoşulur.

Rumıniya adi uçuş/eniş konfiqurasiyasında ümumilikdə 32 ədəd “Lockheed Martin F-35A Lightning II” döyüş təyyarəsi alacaq.

ABŞ-nin Rumıniyadakı səfiri Ketlin Kavalek LOA imzalanma mərasimində verdiyi açıqlamada Rumıniyanın F-35 təyyarələrinin 2028-ci ildən 2030-cu ilə qədər sınaqlara başlayacağını qeyd edib. 2023-cü ildən etibarən F-35-lər Buxarest səmasında uçacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Lightning-II   Rumıniya   F-35  


Bizi "telegram"da izləyin