Ordu.az xəbər verir ki, hesabatda 6 illik sınaq müddətinə baxmayaraq, mövcud problemlərin davam etdiyi bildirilir.
Pentaqonun Əməliyyat Sınaq və Qiymətləndirmə Müdirliyi tərəfindən fevral ayında hazırlanan və məxfiliyi ləğv edilən hesabatda F-35 parkının ümumi etibarlılığının və texniki xidmət göstəricilərinin xidmət gözləntilərinin altında qaldığı vurğulanır.
Vaşinqtonda yerləşən “Project on Government Oversight” (POGO) tərəfindən İnformasiya Azadlığı Qanunu vasitəsilə əldə edilən hesabat təyyarələrin tez-tez nasazlıq göstərdiyini və lazımi texniki xidmət əməliyyatlarının vaxtında tamamlana bilməyəcəyini ortaya qoyur.
Hesabatda xüsusilə ehtiyat hissələrin əldə edilməsində çətinliklər səbəbindən bəzi təyyarələrin planlaşdırılmış tapşırıqlarda istifadə oluna bilmədiyi bildirilir. Bu problemlərə görə park planlaşdırıldığından daha az uçuşlar həyata keçirir.
Sevinc Əliyeva
Ordu.az