Ordu.az xəbər verir ki, bunu BBC Britaniya araşdırma mərkəzi “Open Source Center”ın məlumatlarına əsaslanaraq iddia edib.
Araşdırma mərkəzinin jurnalistlərlə paylaşdığı peyk görüntülərinin təhlili göstərir ki, 2024-cü ilin martından noyabr ayına qədər 10-dan çox Şimali Koreya tankeri Rusiyanın Uzaq Şərqdəki neft terminalı ilə öz limanları arasında 43 dəfə səfər edib.
Tankerlərin izləmə sistemləri söndürülərək hərəkət etdiyi və bunun onların hərəkətlərini gizlətdiyi bildirilir.
Aparıcı ekspertlər və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi BBC-yə deyiblər ki, onlar Kremlin neftdən Şimali Koreyaya Pxenyanın Ukraynaya qarşı müharibədə Rusiyaya verdiyi silah və hərbi qulluqçulara görə pul ödəmək üçün istifadə etdiyinə inanırlar.
Şimali Koreya nüvə proqramına görə BMT-nin sanksiyaları altındadır və xüsusən də Şimali Koreyanın ildə 500 min bareldən çox neft alması qadağandır.
Ona görə də Rusiya neftinin tədarükü sanksiyaların pozulması deməkdir.
Sevinc Əliyeva
Ordu.az