Uruqvayda prezident seçkilərində səsvermə başa çatıb

2024/11/1732510513.jpg
Oxunub: 338     04:42     25 Noyabr 2024    
Uruqvayda bazar günü keçirilən prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.

Ordu.az xəbər verir ki, səsvermədə seçici fəallığı təxminən 82 % təşkil edib. Seçki günü ciddi insident qeydə alınmayıb.

Uruqvaylılar sol mərkəzçi Geniş Cəbhə koalisiyasına namizəd olan Kanelonların keçmiş meri Yamanda Orsi ilə hakim sağ mərkəzçi Milli Partiyasının namizədi Alvaro Delqado arasında seçim etməli olublar.

Səslərin hesablanmasının ilk nəticələrinin yaxın saatlarda açıqlanacağı gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Uruqvay   Seçki  


Bizi "telegram"da izləyin