Türkiyə ordusu Suriyanın şimalında 9 terrorçunu zərərsizləşdirib

2024/10/1730271656.jpg
Oxunub: 528     18:40     24 Noyabr 2024    
Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatları çərçivəsində PKK/YPG terror qruplaşmasının 9 üzvünü zərərsizləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Suriyanın şimalında yerləşən "Fərat qalxanı" və "Barış bulağı" əməliyyat bölgələrində həyata keçirilən hücumlar hədəfləri tam dəqiqliklə vurub.

Nazirlikdən verilən açıqlamada Türkiyənin terrorla mübarizəni qətiyyətlə davam etdirəcəyi vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Terror  


Bizi "telegram"da izləyin