Almaniya MN parad formalarına 825 milyon avro xərcləmək niyyətindədir

2022/03/bunde-1648617021.jpg
Oxunub: 476     18:27     24 Noyabr 2024    
Almaniya Müdafiə Nazirliyi maliyyələşdirmə problemlərinə baxmayaraq, hərbçilər üçün yeni parad formalarına 825 milyon avro xərcləmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Müdafiə Nazirliyi cümə axşamı büdcə komitəsinə müvafiq ərizə təqdim edib.

Qeyd olunur ki, tələb olunan məbləğdən hərbi qurumun artıq 306 milyon avrosu var və daha 519 milyon avro tapmaq lazımdır. Bunun üçün büdcə komitəsi növbəti iclasında bu vəsaitin ayrılmasını təsdiqləməlidir.

Hazırda Bundesverdə (Almaniya Silahlı Qüvvələri) təxminən 179 min hərbçi var. 2031-ci ilə qədər onların sayının 203 minə çatdırılması planlaşdırılır. Bu halda hər parad geyimi dəsti 4 min avroya başa gələcək.

Bundestaqın büdcə komitəsinin üzvü İnqo Gedehens (Xristian Demokrat İttifaqı) bildirib: “800 milyon avrodan çox – bu, çoxlu suallar doğuran inanılmaz böyük məbləğdir. Bundesveri daha döyüşə yararlı etməyəcək geyimlərə bu qədər pul xərcləmək absurd prioritetləşdirmədir”.

Bundan əlavə, nəşr qeyd edir ki, bir çox hərbçilər qəbul edilmiş parad geyimindən (açıq boz pencək və tünd boz şalvar) məmnun deyillər və onu görkəmsiz hesab etmirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   MN  


Bizi "telegram"da izləyin