İsveç Ukraynanın uzun mənzilli raket və PUA istehsalını maliyyələşdirəcək

2024/11/1732352298.jpg
Oxunub: 730     18:05     23 Noyabr 2024    
İsveç Ukraynanın uzun mənzilli raket və Pilotsuz Uçuş Aparatı (PUA) istehsalını maliyyələşdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Conson bildirib.

Conson uzun mənzilli silahlarla bağlı qeyd edib: “Bu, İsveç tərəfindən maliyyələşdiriləcək”.

İsveç hökuməti Ukraynada uzun mənzilli raketlərin və PUA-ların kütləvi istehsalı üçün “əhəmiyyətli maliyyə” təmin edəcəyini açıqlayıb.

Consonun ukraynalı həmkarı Rustem Umerovu qəbul edərkən verdiyi açıqlamada ayrılacaq pulun məbləği və vaxt qrafiki açıqlanmayıb.

Lakin bu addım Stokholmun uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləməkdə qərarlı olduğunu göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Ukrayna  


Bizi "telegram"da izləyin