Ordu.az xəbər verir ki, Okyay Türkiyənin müdafiə texnologiyaları sahəsindəki vəziyyəti ilə bağlı da qiymətləndirmələr edib.
Texnoloji inkişafın müharibə anlayışında böyük dəyişikliklərə səbəb olduğunu deyən SASAD İdarə Heyətinin sədri müdafiə sektorunda böyük inqilabların yaşandığına diqqət çəkib.
Okyay qeyd edib ki, yalnız fiziki olaraq döyüşən əsgərlərin nəticəni təyin etdiyi günlər geridə qalıb.
“Hazırda biz döyüş meydanında və hərbi doktrinalarda köklü transformasiyanın şahidi oluruq. Müharibələr əslində təkcə fiziki sahəyə deyil, həm də rəqəmsal və kiber mühitlərə keçdi. Ona görə də söhbət havada, quruda, dənizdə, kosmosda və kiberməkanda hərtərəfli mübarizədən gedir. Ona görə də söhbət ona uyğun əsgər və döyüş texnologiyalarının yaradılmasından gedir. Xüsusilə süni zəkanın çox ciddi rol oynayacağını proqnozlaşdırırıq. Gələcək müharibələrdə data analitikasının çox vacib olacağını düşünürük. Ona görə də bu böyük data analitikası, oradan gələn məlumat və təhlillərlə ani qərarların veriləcəyini düşünürük”, - deyə o vurğulayıb.
Okyay çox fərqli texnologiyaların gələcəyin döyüş mühitini təyin edəcəyini bildirib.
Sevinc Əliyeva
Ordu.az