Ordu.az xəbər verir ki, Mərakeş hökuməti hərbi istehsalı artırmaq, xarici və milli müdafiə istehsalçılarını krallığa sərmayə qoymağa təşviq etmək üçün müdafiə şirkətlərini vergilərdən azad edən 2025-ci il büdcəsini təsdiqləyib.
Hökumətin sözçüsü Mustafa Baytasın verdiyi açıqlamada bildirilib ki, bu fərman layihəsi müdafiə və təhlükəsizlik təchizatı, silah və sursat istehsalçılarına korporativ vergilərdən müvəqqəti azadolma imkanı vermək məqsədi daşıyır.
Büdcə təklifinin 2024-cü ildə 12,4 milyard dollar olan müdafiə büdcəsini 2025-ci ildə 13,32 milyard dollara çatdırması gözlənilir.
Sevinc Əliyeva
Ordu.az