AUKUS ölkələri hipersəs raket təşəbbüslərində tərəfdaşlıq quracaq

2024/11/1732000152.jpg
Oxunub: 458     17:28     25 Noyabr 2024    
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Avstraliya və Böyük Britaniya ilə yeni hipersəs sınaqları üzrə tərəfdaşlıq elan edib.

Ordu.az xəbər verir ki, bu, üç ölkə arasında obyektlərin və məlumat mübadiləsinin yaxşılaşdırılmasına yönəldilmiş bir razılaşmadır.

Hipersəs Uçuş Sınağı və Sınaq layihəsi və ya “HyFliTE” olaraq adlandırılan tərəfdaşlıq 2028-ci ilə qədər 6 ədədə qədər üçlü uçuş sınağı fəaliyyətini əhatə edəcək.

Məqsəd hipersəs sınaqlarının sürətini artırmaq və üç ölkənin birgə maliyyəsindən, imkanlarından, təcrübəsindən yararlanmaqdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   AUKUS  


Bizi "telegram"da izləyin