Cənubi Koreya KF-21-i Peruya ixrac etməyi hədəfləyir

2024/11/1732000093.jpg
Oxunub: 494     16:51     25 Noyabr 2024    
“Korea Aerospace Industries” (KAI) noyabrın 16-da Perunun dövlətə məxsus aviasiya və kosmos şirkəti SEMAN ilə anlaşma memorandumu (MOU) imzalayıb.

Ordu.az xəbər verir ki, imzalanma mərasimi Perunun paytaxtı Limada keçirilən Koreya-Peru sammiti münasibətilə həyata keçirilib.

Tədbirdə Cənubi Koreya prezidenti Yoon Suk Yeol və Peru prezidenti Dina Boluarte, eləcə də hər iki ölkənin digər hökumət nümayəndələri iştirak ediblər.

Müqaviləni KAI prezidenti Kan Qu-yon və SEMAN prezidenti Xayme Rodriges (Hərbi Hava Qüvvələri general-mayoru) imzalayıblar.

Qeyd edək ki, Peru 2012-ci ildə 20 ədəd KT-1P əsas təlim təyyarəsi idxal edib, onlardan 16-sı Peru aviasiya sənayesini dəstəkləmək üçün yerli olaraq SEMAN tərəfindən yığılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   KF-21   Peru  


Bizi "telegram"da izləyin