Ordu.az xəbər verir ki, şirkət raket istehsal gücünü artırmaq üçün 752 milyon dollarlıq müqavilə imzaladığını açıqlayıb.
“Patriot Advanced Capability-3 (PAC-3) Missile Segment Enhancement” (MSE) raketlərinin istehsalı 2027-ci ilin ortalarına qədər ildə 500 ədəddən 650 ədədə qədər artırılacaq.
Bu istehsal artımı “Patriot” raketlərinə artan qlobal tələbatı ödəmək üçün geniş səylərin bir hissəsi kimi təsvir edilib.
“Lockheed Martin” əvvəllər bu hədəfə vaxtından əvvəl nail olmaq məqsədilə istehsal gücünü genişləndirmək üçün öz vəsaitlərindən yatırım edib.
“Lockheed Martin”in məlumatına görə, PAC-3 MSE istehsalı 2024-cü ildə 30%-dən çox artacaq və 2025-ci ildə daha 20% artım gözlənilir.
Bu proqnozlar özünü doğrultsa, istehsal sürəti 2025-ci ilin sonuna qədər ildə 600 raketə çata və 2025-ci ilin ortalarına qədər müqavilədəki 550 ədəd ilkin mərhələni keçə bilər.
“Lockheed Martin” elan edib ki, bir neçə il ərzində proqnozlaşdırılan istehsal gücünü aşmaq yolundadır.
Şirkət hazırda ildə 500-ə yaxın PAC-3 MSE raketi istehsal edir və müqaviləyə əsasən, 2025-ci ilin ortalarına qədər bu rəqəmi hər il 550-yə, 2027-ci ilin ortalarına qədər isə 650-yə çatdırmağa borcludur.
2024-cü ilin iyun ayında ABŞ ordusu “Lockheed Martin” ilə 870 ədəd PAC-3 MSE raketləri və müvafiq avadanlıq üçün 4,5 milyard dollarlıq müqavilə imzalayıb.
Sevinc Əliyeva
Ordu.az