Ordu.az xəbər verir ki, bu barədə “Associated Press”in araşdırmasında qeyd olunub.
Araşdırmaya görə, Rusiyanın Alabuqa Xüsusi İqtisadi Zonasında yerləşən müəssisə bu yaxınlarda saxta PUA-larla yanaşı termobarik PUA-ların da istehsalına başlayıb.
Termobarik döyüş başlıqları yüksək təzyiq və istilik burulğanı yaradaraq, qalın divarlara nüfuz edə bilir.
Bu döyüş başlıqları yollarında olan bütün oksigeni udur və hətta ilkin partlayış zonasından kənarda belə vurduğu xəsarətlərə görə qorxunc bir nüfuza malikdir.
Sevinc Əliyeva
Ordu.az