ABŞ 155 mm-lik mərmi istehsalını ayda 50.000-ə çatdırıb

2024/11/1731921706.jpg
Oxunub: 442     15:09     25 Noyabr 2024    
Birləşmiş Ştatlar 155 mm-lik artilleriya sursatlarının istehsalını ayda 50.000 ədədə qədər artırıb.

Ordu.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamanı ABŞ Müdafiə Nazirliyinin satınalma və davamlılıq üzrə müşaviri Uilyam LaPlant verib.

Onun verdiyi məlumata görə, ABŞ həm də ilin sonuna qədər sursat istehsalını ayda 55 minə çatdırmağı planlaşdırır.

ABŞ Müdafiə Nazirliyinin mənbələrinin məlumatına görə, istehsalın artmasına imkan yaradan sursat istehsalı birdən çox ştatda həm modernləşdirilmiş, həm də yeni inşa edilmiş obyektlər tərəfindən həyata keçirilir.

Ukraynadakı müharibədən əvvəl ABŞ ayda təxminən 14400 artilleriya mərmisi istehsal edə bilirdi.

Pentaqon Ukraynaya dəstək məqsədilə göndərilən ehtiyatları artırmaq üçün 155 mm-lik sursat istehsal gücünü artırmaqla bağlı milyardlarla dollar sərmayə qoyur.

Ordu təkcə 24-cü maliyyə ilində istehsalı artırmaq üçün 3,1 milyard dollar xərcləməyi planlaşdırıb və növbəti illərdə istehsalın ayda 100.000 artilleriya mərmisinə çatdırılması hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   MN  


Bizi "telegram"da izləyin