Ukrayna ordusu Rusiya müdafiəsini aşmaq üçün cəbhədə “qatil robotlar”dan istifadə edəcək

2024/11/1731921604.jpg
Oxunub: 673     14:11     24 Noyabr 2024    
Ukrayna ordusu Rusiya müdafiəsini aşmaq üçün cəbhədə “qatil robotlar”dan istifadə edəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin “Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

WSJ yazır ki, kiçik kompüterlər tərəfindən idarə olunan bu Pilotsuz Uçuş Aparatları (PUA) Rusiya ordusunun istifadə etdiyi siqnal pozucu sistemlərə qarşı həll yolu olaraq görülür.

Ukraynadakı PUA istehsalçıları ilə yanaşı, ABŞ-nin “Auterion” şirkəti də “qatil robotlar” adlanan PUA-ların istehsalını sürətləndirib.

WSJ-nin məlumatına görə, “Auterion” bu PUA-ların idarə olunduğu “Skynode” adlı on minlərlə kompüter istehsal edəcək.

Ukraynanın PUA şirkəti “Vyriy Drone” da proqram təminatı ilə uyğun işləyəcək minlərlə PUA-nın hazırlanacağını açıqlayıb. “Qatil robotlar”ın 2025-ci ilin əvvəlində cəbhə xəttində aktiv olacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin