ROKETSAN Sualtı Qayıq Əleyhinə Raket və Buraxılış Sisteminin Xüsusiyyətləri

2024/11/1731392688.jpg
Oxunub: 660     15:03     25 Dekabr 2024    
ROKETSAN tərəfindən sualtı hədəflər üçün hazırlanmış Sualtı Qayıq Əleyhinə Raket və Buraxılış Sisteminin xüsusiyyətləri hansılardır?

Sualtı Qayıq Əleyhinə Raket və Buraxılış Sistemi ROKETSAN tərəfindən sualtı hədəflərə qarşı hazırlanmış, 500 - 2000 metr mənzil və 15 - 300 metr dərinlik aralığında istifadə edilə bilən, yerləşdiyi suüstü platformanın silah idarəetmə sistemi və sonarları ilə inteqrasiya olunmuş avtomatik idarə etmə qabiliyyətinə malik sistemdir.

Sistem hədəflərə tək və ya yaylım atəşləri edə bilir və tənzimlənə bilən başlıq xüsusiyyəti sayəsində raketlər istənilən dərinlikdə partlatıla bilir. Yüksək partlayış qabiliyyətli döyüş başlığına malik ROKETSAN Sualtı Qayıq Əleyhinə Raketi həssas olmayan sursat xüsusiyyətinə də malikdir. Buraxılış sistemi stabilləşdirmə, avtomatik və əllə istiqamətləndirmə funksiyalarına malikdir. Atəşə Nəzarət Sistemi suüstü platforma tərəfindən verilən naviqasiya və hədəf məlumatlarından istifadə edərək, lazımi atəş prinsiplərini hesablayır.

Sahilə yaxın sularda sualtı qayıqlar kimi düşmənin sualtı elementlərinə qarşı istifadə edilə bilən ROKETSAN Sualtı Qayıq Əleyhinə Raket və Buraxılış Sistemi xüsusilə düşmənin sualtı elementləri ilə real və ya saxta təmasda bahalı torpedalardan istifadə etmək əvəzinə sərfəli həll kimi də qarşımıza çıxır. Bütün sistemin səth platformasına asan inteqrasiyası, yüngüllüyü və inkişafa açıq sistem arxitekturası ilə bir çox səth platformasına inteqrasiya oluna bilər.

Raket buraxılış sistemi çətin dəniz və döyüş şəraitinə qarşı stabilləşdirmə, avtomatik və əllə idarə etmə imkanlarına malikdir. Sistem inteqrasiya olunduğu suüstü platformanın verdiyi naviqasiya və düşmən hədəfi məlumatlarından birbaşa istifadə edərək, atış hesablamalarını həyata keçirir.

ROKETSAN Sualtı Qayıq Əleyhinə Raket və Buraxılış Sisteminin Xüsusiyyətləri bunlardır:

Çap: 196 mm
Çəki: 35,5 kq
Partlayıcının maddənin çəkisi: 12 kq
Uzunluq: 1.3 m
Mənzil: 2000 metr
Partlayış dərinliyi: 15-300 metr
Döyüş başlığının növü: Məhvetmə - yüksək partlayış qabiliyyətli
Başlıq növü: Zaman tənzimləməli (atəşə nəzarət kompüteri ilə avtomatik dərinlik tənzimləmə)
Yaylım intervalı: 0,8 saniyə
Yanacaq növü: Az dumanlı kompozit yanacaq
Atış sistemi: Stabilləşdirilmiş, sonar data ilə avtomatik buraxılış qurğusu yönləndirmə
Buraxılış sistemi raket tutumu: 6 ədəd
Buraxılış qurğusu yönləndirmə: Avtomatik, manual [yedək]
Platformalar: Suüstü platformalar
Hədəf növü: Sualtı qayıqlar


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Sualtı-Qayıq  


Bizi "telegram"da izləyin