ASELSAN 4-7 noyabr tarixləri arasında Parisdə keçirilən “Euronaval 2024” sərgisində “Göksur” Yaxın HHM Sisteminin 20 raket tutumlu buraxılış qurğusuna malik yeni konfiqurasiyası olan “Göksur” 100-N-i təqdim edib.
“Göksur”un yeni konfiqurasiyası olan “Göksur” 100-N sistem buraxılış qurğusunda 20 ədəd “Göksur” IIR raketi var. “Göksur” IIR raketi “hava-hava” döyüşü üçün hazırlanan “Bozdoğan” raketinin dəniz şəraitində yaxın HHM məqsədilə uyğunlaşdırılmış variantı olan idarə olunan raketdir.
“Göksur” 100-N sürətlə hərəkət edən qüllə sabitləşdirmə qabiliyyəti, əlverişsiz dəniz şəraitində və çox təhlükə mühitində qısa yerləşdirmə müddəti ilə 360 dərəcə hədəfi məhv etmə qabiliyyətinə malikdir. Bundan əlavə, Süni Zəka (SZ) xüsusiyyətlərinə malik təkmil atəşə nəzarət sistemi və müasir gəmi əleyhinə təhdidlərə qarşı orta uçuş idarəetmə qabiliyyəti ilə yüksək effektivliyə və eyni vaxtda çoxlu nişan alma qabiliyyətinə sahibdir.
Təkmilləşdirilmiş raket tutumu ilə “Göksur” 100-N daha çox əməliyyat çevikliyi təklif edir, eyni zamanda gəminin vəziyyətlə bağlı məlumatlılığını artırır. “Göksur” Yaxın HHM Sistemi istifadəçilərə “Göksur” 100-N VLS (çevik və modulyar Şaquli Buraxılış Sistemi) və “Göksur 100-N/StA” (təkbaşına hərəkət qabiliyyətinə malik qüllə) sistemlərinin müxtəlif konfiqurasiyaları ilə modulyar hava və raketdən müdafiə həlləri təqdim edir.
ASELSAN prezidenti və baş icraçı direktoru Ahmet Akyol şirkətin “Euronaval 2024”də iştirakı və yeni təqdim edilən “Göksur” 100-N Yaxın HHM Sistemi ilə bağlı verdiyi açıqlamada qeyd edib:
“ASELSAN olaraq biz dəniz təcrübəmizi və yenilikçi həll yollarımızı “Euronaval”da nümayiş etdirməkdən və “Göksur” Nöqtə Müdafiə Raket Sistemimizin yeni versiyasını təqdim etməkdən məmnunuq. Qlobal müdafiə şirkəti olaraq, biz öz sinfində ən yaxşı məhsulları inkişaf etdirməklə və qlobal mövcudluğumuzu genişləndirməklə, dənizdəki mövcudluğumuzu gücləndirməyə sadiqik. “Euronaval”ı mövcud tərəfdaşlıqları inkişaf etdirmək və bütün dünyada potensial tərəfdaşlarla yeni əməkdaşlıqları araşdırmaq üçün mühüm fürsət kimi görürük”.
“Göksur” 100-N Yaxın HHM Sisteminin xüsusiyyətləri
360 dərəcə təhdidlərin məhv edilməsi qabiliyyəti
SZ xüsusiyyətlərinə malik təkmil atəşə nəzarət sistemi
Müasir gəmi əleyhinə təhdidlərə qarşı orta uçuş idarəetmə qabiliyyəti ilə yüksək effektivlik
Yeni nəsil IIR axtarış başlıqlı raket
Eyni vaxtda çoxlu nişan alma qabiliyyəti
“Stand-Alone” və/və ya platformaya inteqrasiya edilmiş şəkildə işləyə bilmə
Data link ilə aralıq mərhələ idarəetməsi
Bir atışda yüksək önləmə imkanı
Əlverişsiz dəniz şəraitində və çox təhlükəli mühitdə qısa yerləşdirmə müddəti
Dəyanət Ağalarlı
Ordu.az