Bildirilib ki, bu yüngül və yüksək manevr qabiliyyətinə malik raket “Aertec” şirkəti ilə İspaniyanın Silahlanma və Material Baş İdarəsi (DGAM) arasında əməkdaşlıq çərçivəsində hazırlanıb.
Şirkət raketin uçuş və atış sınaqlarına 2025-ci ildə inkişaf işləri tamamlandıqdan sonra başlanacağını bildirib. Bu prosesdə ümumilikdə 100 sınaq atışının edilməsi planlaşdırılır. “Aertec” inkişaf mərhələsində əldə etdiyi məlumatlar əsasında raketin sahədəki performansını yoxlamağı hədəfləyir.
“Fox I”in texniki xüsusiyyətləri
“Fox I” mikro-raketi xüsusi olaraq kiçik PUA sistemləri üçün nəzərdə tutulub və orta mənzilli ətalətli naviqasiya və yarımaktiv lazer terminal idarəetməsinə malikdir. Uzunluğu 900 mm, çəkisi 3 kq olan raket 4 kilometrə qədər mənzilə malikdir, yüngül zirehli hədəflərə və əks-PUA sensorlarına qarşı effektivdir. “Aertec”in “Fox I” mikro raketi daxili olaraq inkişaf etdirilən yüksək performanslı tuşlama dəstinə və lazer axtarışına əsaslanan dəqiq hədəfləmə təmin edir.
Raketin döyüş başlığı və raket mühərriki İspaniyanın müdafiə istehsalçısı “Instalaza” ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. C90 sursatının bazası əsasında hazırlanan döyüş başlığı xüsusi hazırlanmış detonator ilə təchiz edilərək, təyin olunmuş hədəflərə qarşı istifadə üçün nəzərdə tutulub. Bundan əlavə, modulyar dizaynı sayəsində “Fox I” mikro-raketi minimum proqram dəyişikliyi ilə müxtəlif hava platformalarına inteqrasiya oluna bilir.
Sevinc Əliyeva
Ordu.az