İranın Gürcüstanla bağlı hadisələrə niyə müdaxilə edir? – BAXIŞ BUCAĞI

2024/11/1730481645.jpg
Oxunub: 1113     21:38     01 Noyabr 2024    
“Həyatın və insan ləyaqətinin qorunmalı olduğunu dediyinizdə, sizə inanmaq istərdim. Problem ondadır ki, sizin həmvətəniniz olan avropalılar Qəzzadakı soyqırımını və Livandakı qırğınları səssizcə dəstəkləyirlər”.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellin Gürcüstandakı seçki və seçkidən sonrakı vəziyyətlə bağlı bəyanatına cavab olaraq deyib. İranın xarici işlər nazirinin reaksiyasında diqqət çəkən məqam budur ki, o, əslində İran haqqında olmayan, İranla birbaşa şəkildə əlaqəli məsələ ilə bağlı olmayan bir bəyanata toxunub. Ancaq bu, bəlkə də yalnız bir zahirən belədir.

Praktikada İranın xarici işlər nazirinin reaksiyası onu deməyə əsas verir ki, Tehran Gürcüstanla həmsərhəd olmasa da və sanki Gürcüstanda, yaxud onun ətrafında cərəyan edən hadisələrə qarşı xüsusilə aktiv olmasa da, Gürcüstan ətrafındakı inkişaflara qarşı az həssas deyil. Lakin İran xarici işlər nazirinin reaksiyası İranın Gürcüstanla bağlı həssas sinirlərini göstərir və bu, əlbəttə ki, təəccüblü deyil. Biz müxtəlif məqamlarda İranın marağının motivlərinə toxunmuşuq.

Gürcüstan Tehran üçün sərhəd olmasa da, Fars körfəzi-Qara dəniz ideyası kontekstində mühüm halqadır. Eyni zamanda, Gürcüstan həm də Şimal-Cənub marşrutu məntiqi baxımından İran üçün imkandır. Bu kontekstdə Gürcüstanın tamamilə Qərbin geosiyasi narrativinin təsiri altına düşməkdən yayınaraq, balanslı mövqeyi saxla bilməsi İran üçün faydalıdır.

Borrellin İranla heç bir ciddi əlaqəsi olmayan Gürcüstanla bağlı açıqlamasına Tehranın kifayət qədər həssas və məqsədyönlü reaksiya verməsinin səbəbi də budur.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Gürcüstan  


Bizi "telegram"da izləyin