Bu intriqalar isə sanki bu vaxta qədər mətbuatda intriqaların “komandiri” kimi nəzərdən keçirilən Ermənistan parlamentinin müdafiə məsələləri üzrə komissiyasının sədri Andranik Köçəryanın qapısını döyür. Paşinyanın fraksiya liderinin ona olan pərəstişini qiymətləndirib-qiymətləndirməyəcəyini demək çətindir, amma bir şey şübhə doğurmur ki, qanadların varlığı kiminsə deməsi və ya deməməsi ilə deyil.
Qanadların olmadığı, həm idarələrarası, həm də komandadaxili başqa məntiqlə bir-birləri ilə rəqabət aparan qrupların olmadığı hakimiyyət, idarəetmə sistemi yoxdur. O, hakimiyyət fenomeninin, orqanizmin ayrılmaz hissəsidir. Təbiidir ki, bu qanadların varlığını heç kim etiraf etməyəcək və ilk növbədə “qanadlar”ın özləri də bu varlığı inkar edəcəklər. Eyni zamanda, Paşinyan üçün problem onların mövcudluğu deyil.
Üstəlik, Paşinyan özü bəlkə də müəyyən dərəcədə hakimiyyətdaxili rəqabəti, hakimiyyətdaxili münaqişələri, antaqonizmi təşviq edir. Bunun ən azı iki səbəbi var. Birincisi, Paşinyan bu yolla bəlkə də bataqlıqla müşayiət olunacaq hakimiyyətdaxili durğunluğa yol verməməyə çalışır. Yəni az da olsa, ehtimal olunandır ki, daxili siyasi sahədə hakimiyyəti həmişə ayıq saxlayacaq rəqib, çağırış olmadığı üçün Paşinyan hakimiyyətdaxili “rəqabət”i təşviq etməklə, həmin ayıqlığı təmin etməyə çalışır.
Başqa sözlə, Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının qanadlarını “silkələməyə” çalışır, partiyanın özü isə başını bütünlüklə Paşinyanın çiyninə qoymağa meyllidir. Eyni zamanda Paşinyan bu yolla təkcə sayıqlıq məsələsini deyil, həm də hakimiyyət piramidasının zirvəsindəki özünün möhkəmliyi məsələsini həll edir. Hakimiyyətdaxili qanadlar “döyüşürlərsə”, onlarda “arbitr” ehtiyacı kəskinləşir.
Ermənistanda ədliyyə naziri vəzifəsi ətrafında odissey onu deməyə əsas verir ki, Paşinyan indiyədək qərarlar qəbul etməkdən daha çox hakimiyyətin müxtəlif qruplarından narazılığını ifadə edən “arbitr” kimi çıxış etməyə çalışır. Lakin bütün hallarda bir-biri ilə daha gərgin münasibətlər və daha nəzərəçarpan şəkildə toqquşan maraqlar halında bu qruplarda Paşinyana ehtiyac daha da güclənir, çünki onlar üçün hakimiyyətdən kənarda kimisə axtarmaq çox çətindir.
Ermənistanda qütbləşmə, yumşaq desək, hakimiyyətdən kənarda uğurlu kompromis axtarışına ümid etməyə imkan verəcək dərəcədə deyil.
Aqil Məmmədov
Ordu.az