İrəvan və Bakı Ağ Ev rəhbərinin sülh müqaviləsini imzalamaq üçün dilə gətirdiyi təklifləri və dəstəyi qəbul etməsələr, Vaşinqton nə edəcək? Əgər qəbul olunmasa, bu, yeni prezident vəzifəyə gələnə qədər, yəni 2025-ci ilin yanvarına qədər Vaşinqtonun Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi prosesi istiqamətində daha ciddi addımlar atmayacağı anlamına gələcəkmi? Bu halda vəziyyət necə olacaq?
Hər halda, kifayət qədər yüksək mərclə addım atılıb. Buna görə də bunu əsaslandırmamaq halında staqnasiya ehtimalı artır. Əgər Bayden səviyyəsindəki təklif lazımi məmnunluğu almazsa, o zaman növbəti təklif yalnız yeni prezident səviyyəsində ola bilər. Təbii ki, ABŞ-nin yeni prezidenti Azərbaycan-Ermənistan prosesini vacib hesab edərsə... Üstəlik, burada söhbət təkcə Donald Trampın, belə demək mümkündürsə, təcrid siyasəti ilə, Qafqaza maraq göstərməməsi ilə bağlı deyil.
Kamala Harrisin qələbəsi halında marağın azalması da olduqca mümkündür. Məsələ ondan ibarətdir ki, diqqət getdikcə daha çox Asiya-Sakit okean hövzəsinə yönələcək. Aydındır ki, hazırda beynəlxalq münasibətlərin çoxqütblüliyi elədir ki, ayrıca götürülmüş bir qütbə zəncirvari təsir reaksiyası formalaşdırmağa imkan vermir. Buna görə də birbaşa aktiv rolu yalnız strateji və həyati əhəmiyyət kəsb edən regionlara həvalə etməklə, ayrı-ayrı regional sazişlər kompleksi hazırlamaq lazımdır.
Qafqaz ABŞ üçün o regionlardan biri deyil. Buna görə də ABŞ-nin Qafqazla bağlı fəaliyyəti həmişə taktiki xarakter daşıyıb. Buna görə də, bu, prezidentlərə görə dəyişikliyə də məruz qalıb. ABŞ üçün strateji məsələlər bu mənada dəyişdirilə bilməz. Baydenin “son atılma cəhdi” uğursuz olarsa, ABŞ-nin bölgədəki tatikasının dəyişməsi yəqin ki, qaçılmaz olacaq.
Firuz Bağırov
Ordu.az