Daha doğrusu, Livan ərazisindən çıxan PUA-nın maneəsiz olaraq İsrail rəhbərinin iqamətgahına çatdığı və zərbə endirdiyi, lakin heç kimin zərər çəkmədiyi, Netanyahu və həyat yoldaşının isə ümumiyyətlə orada olmadığı üzə çıxıb. Bununla belə, PUA-nın həqiqətən də Livandan onun evinə çatması və zərbə endirməsi artıq fövqəladə haldır.
Eyni zamanda, ABŞ prezidenti Co Bayden Almaniyanı tərk edərkən bəyan edib ki, ABŞ İsrailin İrana qarşı qisas almasından tam xəbərdardır, lakin heç bir elementi açıqlamayacaq. İranın xarici işlər naziri cavab verib ki, kimsə zərbədən xəbərdardırsa və bu zərbəyə töhfə verəcəksə, buna görə məsuliyyət daşıyacaq. Lakin ABŞ və İranın bu bəyanatları sanki başqa şeydən danışır.
Baydenin bəyanatı, ola bilsin ki, İsrailin ABŞ ilə cavabını diqqətlə koordinasiya etdiyinə işarə edir. Bu bəlkə də o deməkdir ki, zərbə ABŞ administrasiyası üçün problem yaradacaq və ya başqa sözlə, regional müharibəyə səbəb olacaq şəkildə olmayacaq. İranın reaksiyası bəlkə də bundan xəbər verir ki, onlar ABŞ-dən İsrailin zərbəsi ilə bağlı lazımi məlumatı hansısa yolla alıblar, lakin zərbə onların bildiklərindən çox olarsa, bu, İranın cavabına və daha böyük eskalasiyaya səbəb ola bilər.
Bu, əlbəttə, bir fərziyyədir, bəyanatların dipnotunun qiymətləndirməsidir, lakin şübhə yoxdur ki, Birləşmiş Ştatlar İsraillə birbaşa kommunikasiyada olsa da, İranla da dolayı əlaqədədir, çünki bu dövrdə ABŞ administrasiyasına qətiyyən lazım olmayan böyük regional müharibədən yalnız bu şəkildə qaçmaq mümkündür. Məhz bu fonda Netanyahunun evinə hücum diqqət çəkir və bu, sadəcə xəbərdarlıq təsiri bağışlayır: İsrailin Baş naziri ABŞ prezidenti ilə bütün təfərrüatları ilə razılaşdırdığı sərhədi keçərsə, onun həyatını təhdid edən risklər ola bilər.
Asif Cəfərov
Ordu.az