Ermənistan Moskvada ABŞ maraqlarına necə xidmət etdi? – ANALİZ

2024/10/1728471305.jpg
Oxunub: 1886     18:29     09 Oktyabr 2024    
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi bildirib ki, rəsmi İrəvan MDB xarici işlər nazirlərinin iclasında qəbul edilmiş bəyanatlardan ikisinə qoşulmayıb.

İclas oktyabrın 7-də Moskvada MDB-nin sammitindən əvvəl keçirilib. Ermənistan qəbul edilən, Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsiplərinə və beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyinə aid olan bəyanatlardan ikisinə qoşulmayıb.

İrəvanın iki bəyanata qoşulmamaq qərarı ümumiyyətlə onunla bağlıdır ki, bunlar Qərb tərəfdaşları arasında Ermənistanın bundan əvvəl ifadə etdiyi mövqelərlə bağlı suallar yarada bilərdi. Xüsusilə, bu halda söhbət təhlükəsizlik mövzuna aid ola bilər. Bununla bağlı Ermənistan əslində KTMT üzvlüyünü dondurduğunu bəyan edir. Təbii ki, MDB xarici işlər nazirlərinin iclasının bəyanatı KTMT ilə bağlı deyil, lakin de-fakto MDB-nin çərçivəsi böyük ölçüdə bu məntiqlə qəbul edilir.

Yalnız Özbəkistan və Azərbaycan KTMT-dən kənardadır. Birtərəfli tədbirlərin yolverilməzliyi ilə bağlı olan digər məsələ bəlkə də Ermənistanın təsəvvüründə ABŞ-nin əleyhinə nəzərdən keçiriləcəkdi. Nəticə etibarilə MDB-nin bəyanatında hansı ölkənin, yaxud ölkələrin tətbiq etdiyi birtərəfli tədbirlərə və hansı ölkəyə qarşı tətbiq edilən fəaliyyətlərə qarşı olduqları ilə bağlı konkret ad olmasa da, anlaşılandır ki, söhbət təşəbbüskarı və komandiri ABŞ olan, Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan gedir.

İrəvan MDB-nin bəyanatına qoşulmamaqla, dolayısı ilə də olsa, ABŞ-nin mövqeyini qəbuledilməz hesab edən bəyanatda kifayət qədər şəffaf dipnotla iştirakçı olmamağa çalışıb. Əslində Ermənistan bəlkə də eyni zamanda bu davranışı ilə sentyabrın əvvəlində Avropa Şurasına (AŞ) üzv ölkələrin ədliyyə nazirlərinin görüşündə qəbul edilmiş bəyanata qoşulmamağı balanslaşdırmağa çalışıb. AŞ-yə üzv ölkələrin ədliyyə nazirlərinin görüşündə qəbul edilmiş bəyanat, belə demək mümkündürsə, Ukrayna müharibəsindəki cinayətlərlə bağlı idi, Rusiya Federasiyasının prezidentinə və xarici işlər nazirinə qarşı yönəlmişdi.

Üstəlik, Ermənistanın informasiya sahəsində bu, Roma Statutunun rədd edilməsi kimi şərh edilib, lakin Ermənistan hakimiyyəti rəsmi İrəvanın Rusiya rəhbərliyi ilə konkret əlaqəsi olan AŞ-nin bəyanatına qoşulmadığını iddia etdi.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin