Ordu.az xəbər verir ki, ADEX 2024 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində ROKETSAN şirkəti STP ilə “Teber” Tuşlama Dəstinin Azərbaycanda istehsalı və yeni tuşlama dəstlərinin dizaynı üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.
“Teber” Tuşlama Dəsti və TR-122 Raketi ROKETSAN və STP-nin Azərbaycandakı törəməsi olan AZROKSAN tərəfindən istehsal olunacaq.
Məlumata görə, hazırda AZROKSAN daxilində TR-122 Raketinin istehsalı üçün lazım olan xəttin quraşdırılması işləri davam edir. Azərbaycan Ordusunun da istifadə etdiyi TR-122 Yaylım Atəşli Reaktiv Sisteminin (YARS) sursatları xətt fəaliyyətə başladıqdan sonra Azərbaycanda AZROKSAN tərəfindən istehsal edilməyə başlayacaq.
Digər tərəfdən, “Teber” Tuşlama Dəsti Hərbi Hava Qüvvələrimizin inventarında olan “Su-25 Laçın” və “MiQ-29” döyüş təyyarələri tərəfindən istifadə ediləcək.
ROKETSAN Azərbaycanda müxtəlif döyüş sursatlarının istehsalı üçün əlaqələrini davam etdirir.
Sevinc Əliyeva
Ordu.az