Rusiya-İran hərtərəfli sazişində son müddəa – Zəngəzur dəhlizi

2024/07/1720094516.jpg
Oxunub: 2222     17:34     21 Sentyabr 2024    
Ayın ilk həftəsində İranın Rusiyadakı səfiri bildirdi ki, Moskva və Tehran oktyabrda Kazanda keçiriləcək BRİKS sammiti zamanı strateji əməkdaşlığa dair hərtərəfli sazişin imzalanması məsələsini müzakirə edirlər, halbuki sonra Rusiya prezidenti Valdimir Putinin İrana səfəri və ya İran prezidenti Məsud Pezeşkianın Rusiyaya ayrıca səfəri zamanı imzalanma variantları da müzakirə edilən variantlardandır.

Səfir bildirdi ki, nə vaxt imzalanacağı ilə bağlı hələlik qərar yoxdur. Rusiya və İran bir ildən artıqdır ki, hərtərəfli sazişi müzakirə edir. İndi tərəflər müqavilə üzrə işlərin başa çatdığını və imzalanma vaxtının müzakirə olunduğunu bəyan edirlər. Moskva bəyan edirdi ki, bununla bağlı qərar artıq verilmişdi, lakin İran prezidenti İbrahim Rəisinin ölümündən sonra vəziyyət dəyişdi.

İranda İbrahim Rəisinin vəfatı nəinki yeni prezident məsələsini gündəmə gətirdi, həmçinin əslində yeni xarici siyasət vurğusu ilə yeni daxili siyasi vəziyyət yaratdı, ən azından bunlar haqqında aktiv söhbət və müzakirələr aparıldı. İranın icra hakimiyyətinin sükanı ölkənin idarəetmə sisteminin islahatçı qanad adlanan və ənənəvi olaraq özünü Qərblə münasibətlərə ən “konstruktiv” yanaşmalarla təqdim edən qanadına keçdi.

Üstəlik, təxminən üç il əvvəl səs-küylü səsyazmasında Rusiyanın İranla “Altılıq” arasında nüvə sazişinin bağlanmasına necə mane olmasından danışan bir adam İranın yeni prezidentinin köməkçisi təyin edilib. Bununla yanaşı, Moskva mütəmadi olaraq Rəisinin dövründə əldə edilmiş razılaşmaların həyata keçirilməsini gözlədiyini bəyan edir. İranın ali ruhani lideri növbədənkənar prezident seçkilərindən sonra əvvəlki siyasətin davam etdiriləcəyini açıqlayıb.

Bununla belə, Moskva və Tehranın hələ də müqavilənin imzalanma vaxtı ilə bağlı müzakirələr aparması bəlkə də onu deməyə əsas verir ki, məsələ təkcə zaman deyil, vurğular var və bu vurğularla bağlı ən azı yeni çalarlar mövcuddur. Təbii olaraq bu, Rusiya ilə İran arasında fundamental fikir ayrılığının yarandığı anlamına gəlmir, lakin İran prezidentinin ani ölümünün zaman və məkanda ən azı müəyyən, nisbi də olsa, “vakuum” yaratması kifayət qədər nəzərəçarpandır.

Bu mənada Qafqazda yolların blokdan çıxarılması, xüsusən də Zəngəzur dəhlizi mövzusunda dolayısı ilə Moskva-Tehran domenində özünü göstərən “mübahisə” diqqətəlayiqdir. Məsələn, bu mövzuda yanaşmalardakı fərqliliyin “aktivləşməsi” Moskva və Tehranın hələ də böyük sazişin imzalanma tarixi ilə bağlı razılığa gəlməməsinin əsas səbəblərindən biri ola bilərmi?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin