HHQ-nin bölmələri ilə hava desant və praktiki paraşüt tullanışları üzrə məşqlər keçirilir - VİDEO+FOTOLAR

2024/08/e310c-1725018113.jpg
Oxunub: 880     15:39     30 Avqust 2024    
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) bölmələri ilə hava desant və praktiki paraşüt tullanışları üzrə məşqlər keçirilir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Məşqlər zamanı paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, eləcə də uçuş heyəti tərəfindən praktiki paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar icra olunur.

Həmçinin təyin olunmuş nöqtəyə havadan yüklərin atılması üzrə fəaliyyətlər də yerinə yetirilir.

Əsas diqqətin hərbi qulluqçuların paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, eləcə də onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasına yönəldildiyi məşqlərdə şəxsi heyət qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: HHQ   Ordu  


Bizi "telegram"da izləyin