Modinin Moskva səfəri “zamanı düzəltmək” məqsədi daşıyırdı? – ANALİZ

2024/07/1720599085.jpg
Oxunub: 1654     15:40     10 İyul 2024    
İyulun 8-də Hindistanın Baş naziri Narendra Modi Moskvaya səfər etdi. “Vnukovo-2” hava limanında onu Rusiya Federasiyası Baş nazirinin birinci müavini Manturov qarşıladı.

Hindistanın Baş nazirinin avtomobil karvanı marşrutunun müxtəlif yerlərində sovet dövrünü xatırladan səmimi qarşılanma səhnələri təşkil olunub. Lakin Rusiya mətbuatı gözləntilər baxımından ehtiyatlı, bəzi hallarda isə şübhə ilə yanaşır. Hindistanın Baş naziri Vaşinqtonda keçirilən NATO sammitinə paralel olaraq Rusiya prezidenti ilə danışıqlara başlayadı.

Şimali Atlantika Alyansının yubiley tədbirinə Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya dəvət olunub. “Politico”nun şərhçisinin sözlərinə görə, bu o deməkdir ki, NATO Asiya-Sakit okean regionunun təhlükəsizliyindən narahatdır. Modinin Moskvaya səfəri Belarus-Çin birgə hərbi təlimlərinin başlaması ilə üst-üstə düşür ki, bu da Çinin Ukrayna ilə bağlı neytrallığını əsaslı şəkildə sual altına qoyur.

Dünyada heç kimə sirr deyil ki, Belarus Silahlı Qüvvələri tamamilə Rusiyanın nəzarəti altındadır və söhbət faktiki Rusiya-Çin hərbi əməkdaşlığından gedir. Türkiyə-Azərbaycan-Pakistan hərbi ittifaqının konturları çəkilir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrandan gözləntiləri açıqlayıb. Ardıcıl olaraq Tehranın Ankara-Bakı-İslamabad oxuna qoşulacağı gözləntilərindən bəhs edilir. Belə bir institutlaşma Çin və Rusiyanın birgə iştirakı ilə mümkündür.

Putin-Modi danışıqlarının çətin keçəcəyi ehtimalı edilirdi. Kremlin sözçüsü Dmitri Peskov Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ukrayna məsələsində “sülh platforması” yaratmaq ideyasını alqışlayıb. Bəs kim təşəbbüs göstərəcək? Macarıstanın Baş naziri Viktor Orban Çin prezidenti Si Cinpin ilə danışıqlardan sonra bildirib ki, Ukrayna “tənzimləmənin açarı Pekindədir”. Ukrayna isə Çinin vasitəçiliyini qəbul etmir.

Maraqlıdır ki, Hindistanın Baş naziri Moskvaya gəlməmişdən əvvəl Vladimir Putin İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb. İranda prezident seçkilərindən 5 gün keçib və Putinlə Pezeşkian arasında daha əvvəl telefon danışığı təşkil etmək mümkün olub. Görünür, Putin Modi ilə prinsipial müzakirə üçün İranın islahatçı prezidentinin əhvalına toxunmağa ehtiyac hiss edib. Putin-Modi danışıqları Qafqaz üçün də önəmlidir.

Ən azından bu mənada önəmlidir ki, Rusiyanın Çin-Türk Dövlətləri Təşkilatı ittifaqı ilə assosiasiyaya getdiyi, “qətiyyətli təklik” obrazında qalmağa davam edəcəyi, yoxsa hər hansı bir nüfuzlu vasitəçilik olacağı təqdirdə ABŞ ilə danışıqlara gedəcəyi “bəlkə” proqnozlaşdırılan olacaq.

Bəlkə Hindistanın Baş naziri Rusiyanı anlamaq üçün Moskvaya gedib? Məsələn, Hindistanın xarici işlər naziri də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astana sammitində iştirak etsə də, onunla Rusiya xarici işlər naziri və ya hər hansı digər rəsmi şəxs arasında təmaslar barədə heç bir məlumat yayılmamışdı. Hindistan və Çin arasında münasibətlər gərgin olaraq qalır. Düzdür, Yeni Dehli Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, lakin siyasi baxımdan Moskvadan məsafə saxlayır.

Bir sıra rusiyalı şərhçilər hesab edirlər ki, Moskva Çin-Hindistan fikir ayrılıqlarının həllində vasitəçiliyi öz üzərinə götürə bilər. Habelə Rusiya-Hindistan əməkdaşlığı Moskva-Vaşinqton dialoqu üçün resurs kimi də vacibdir.

Şübhəsiz ki, Böyük Britaniyada mühafizəkarların məğlubiyyəti və yeni hökumətin qurulması da mühüm əhəmiyyət kəsb edəcək. O qədər də ictimai olmasa da, London beynəlxalq siyasətdə ciddi oyunçudur. Əksər ekspertlər İranın gələcəyinin Rusiya və Hindistandan asılı olması fikrinə meyllidirlər. Hindistanın Baş nazirinin Moskvaya səfərinin bu məsələdə də “zamanı düzəltmək” məqsədi daşıması mümkündür.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Modi   Moskva  


Bizi "telegram"da izləyin