Çin-Macar təklifləri Rusiyaya siyasi dəstək, yoxsa aldatmadır? – BAXIŞ BUCAĞI

2024/07/2024--1720598615.jpg
Oxunub: 2210     20:33     10 İyul 2024    
Çin və Avropa arasında heç bir geosiyasi ziddiyyət və köklü maraqların toqquşması yoxdur. Çin və Avropa İttifaqı (Aİ) arasındakı münasibətlər strateji əhəmiyyətə və qlobal təsirə malikdir.

Bu barədə Çin prezidenti Si Cinpin Macarıstanın Baş naziri Viktor Orbanla danışıqlardan sonra bildirib. Macarıstanın Baş naziri öz növbəsində Çinin Ukrayna nizamlanması təşəbbüsünü dəstəklədiyini deyib. Çinin Ukrayna nizamlanması təşəbbüsü ötən il ölkənin Xarici İşlər Nazirliyi tərəfindən rəsmən elan edilib. Pekinin təkliflərindən “biri” münaqişəni tərəflərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipi əsasında nizamlama prioritetidir. Qalanı humanitar məsələlərin siyahısıdır.

Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi zirvə toplantısından sonra Pekinə gedib. Görünür, Şuşada Orbanın Ukrayna nizamlanması ilə bağlı fikir səsləndirmək missiyası baş tutmayıb: Yekun sənəddə açıq şəkildə qeyd olunur ki, TDT mübahisəli məsələlərin müstəsna olaraq sülh yolu ilə həlli və ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılması kimi toxunulmaz prinsiplərini dəstəkləyir.

İfadə başadüşüləndir, ruslar demişkən, “hətta kirpi üçün də anlaşılandır”. Türkiyə və Azərbaycan Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə edir və Krımın Rusiyaya məxsusluğunu tanımır. TDT-yə üzv olan digər dövlətlər də eyni mövqedən çıxış edirlər. Yeri gəlmişkən, onlardan ikisi Qazaxıstan və Qırğızıstan Rusiya ilə eyni təhlükəsizlik sistemi olan KTMT-nin bir hissəsidir.

Si Cinpin-Orban danışıqları Rusiyanın Ukrayna ilə bağlı qlobal təcridinin bariz qeyə alınması sayıla bilər: Çin Aİ ilə fundamental maraqların toqquşmasına sahib deyilsə, Aİ-də Rusiyanın lobbiçisi olan Macarıstan isə Rusiya-Ukrayna münaqişəsinin ərazi bütövlüyü prinsipinin üstünlüyü ilə həll edilməli olduğunu etiraf edirsə (faktiki olaraq TDT-yə üzv ölkələr də bunu ifadə ediblər), Rusiyanın Ukraynanı təslim olmağa məcbur etmək məqsədinə siyasi dəstək nədir?

Belə bir dəstək yoxdur, çünki Rusiya prezidenti Vladimir Putin təmas xətti boyunca atəşkəs rejiminin yaradılması təklifini rədd edib. Moskvaya bir mübarizə qalır: taktiki nüvə silahından istifadə təhdidi. Görünür, hesablama ondan ibarətdir ki, Avropa ölkələri öz təhlükəsizliklərini təmin etmək zərurətindən çıxış edərək, ABŞ-yə qarşı çıxacaqlar. Macarıstanın Baş nazirinin bəyanatına əsasən, Viktor Orban vəziyyəti çox ehtiyatla qiymətləndirir.

Ümumiyyətlə, kim zəmanət verir ki, prezident dəyişəcəyi təqdirdə ABŞ Rusiyaya istədiyi kimi “Avropa ilə rəftar etməyə” imkan verəcək? Çin səfərindən sonra təbii ki, Putin Macarıstanın Baş nazirinə deyə bilər: “Bəs sən, Viktor?”. Amma rusların özlərinin belə bir hal üçün məşhur ifadəsi var: “Sənin yıxılmağında mən günahkar deyiləm”.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin-Macar   Rusiya   Avropa  


Bizi "telegram"da izləyin