Burada sual orata çıxır ki, ABŞ hazırdırmı? Əslində Nikol Paşinyan birbaşa olaraq Avropa İttifaqı (Aİ) ilə bağlı dediklərini, yəni Ermənistanın Aİ qədər yaxınlaşmağa hazır olduğunu dolayısı ilə ABŞ-nin prezidentinə ünvanlayır. İndi sual ondan ibarətdir ki, əslində, dolayısı ilə Ermənistan ABŞ ilə strateji tərəfdaşlıq statusuna hazırdırmı və ABŞ-nin belə bir istəyi varmı?
İrəvanın bu dolayı reaksiyası xüsusilə Çin və Azərbaycanın ötən gün Astanada strateji tərəfdaşlıq haqqında imzaladığı bəyannamə fonunda səslənir. Məsələn, Çinin Gürcüstanda böyük sərmayələri olduğunu və bunlardan ən əhəmiyyətlisinin Anakliya limanı layihəsi olduğunu nəzərə alsaq, əslində bu, regional imicini, Qafqazın, hətta Yaxın Şərqin və Qara dəniz hövzəsinin konfiqurasiyasını dəyişməyə qadir olan bir vəziyyətdir.
Budur, bu fonda İrəvan de-fakto məsələni ABŞ-nin müstəqilliyinin ildönümü münasibətilə gündəmə gətirir. Bir neçə həftə əvvəl İrəvanda Ermənistan və ABŞ arasında strateji dialoq sessiyası keçirilib və onun nəticəsində məlum olub ki, tərəflər strateji komissiya yaratmaq barədə razılığa gəliblər. Lakin bu formatlar bir şeydir, strateji tərəfdaşlığa açıq-aşkar hazır olmaq başqa şeydir.
Bunlar, şübhəsiz ki, ABŞ-nin Ermənistan-Azərbaycan sülhü ideyaları ilə “əlaqəlidir”. Lakin Çin-Azərbaycan strateji tərəfdaşlıq bəyannaməsi əslində əşyaların vəziyyətini və qüvvələr balansını dəyişə bilər və ya artıq dəyişir, buna görə də artıq qeydə alınmış Ermənistan-ABŞ formatları mahiyyət etibarilə çox tez köhnəlir.
Eyni zamanda, bütün bunlardan yuxarıda və ya əvvəl başqa bir sual var: ABŞ-də prezident seçkiləri üçün qızğın yarışın getdiyini nəzərə alsaq, bu sualın ünvan sahibi ABŞ-nin hazırkı administrasiyasıdır? ABŞ-dəki seçki mübarizəsində indiki administrasiyanın mövqeləri və işləri, yumşaq desək, yaxşı deyil və tamamilə mümkündür ki, iyulun 4-də Co Baydenə göndərilən teleqram Nikol Paşinyanın həmin münasibətlə göndərdiyi sonuncu təbrik mesajıdır.
Asif Cəfərov
Ordu.az