Lakin görüşün Astanada, belə demək mümkündürsə, Almatı ilə Vaşinqton arasında baş tutması olduqca vacibdir. Nə demək istəyirik? ABŞ Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini NATO sammiti çərçivəsində təşkil olunacaq müvafiq tədbirlərdə iştirak etmək üçün Vaşinqtona dəvət edərək, nazirlər arasında görüşün də mümkün olacağına ümid etdiyini bildirib.
ABŞ faktiki olaraq son həftələrdə bu dəvəti Ermənistan və Azərbaycana qarşı aktiv diplomatiya ilə, eləcə də istifadə edilməli olan müstəsna, tarixi sülh anının olduğu barədə bəyanatlarla “müşayət edib”. Birləşmiş Ştatlar kifayət qədər açıq mətndə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının nə üçün vacib olduğunu da bildirib.
Son iki-üç həftə ərzində həm İrəvanda, həm də Bakıda olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Braynın sözlərinə görə, sülh sazişi Mərkəzi Asiyadan Aralıq dənizinə qədər ticarət dəhlizini qurmaq, bununla da Rusiya və İranın Qafqazda təsirini azaltmaq, eləcə də Mərkəzi Asiya resurslarının ötürülməsində Rusiya və Çinin yollarından yan keçmək üçün vacibdir.
Bu o deməkdir ki, Astana görüşündə, Vaşinqtonda əldə olunacaq hər hansı mümkün razılaşma barədə detalların müəyyənləşdirilməsi baxımından təmaslar baş tuta bilər. ABŞ-nin elan etdiyi “fürsət”dən hansı şəkildə istifadə etmək barədə qərarların veriləcəyini də gözləmək mümkündür. Təbii olaraq həmin “fürsət”in təfərrüatları məlum deyil ki, bu da söhbətimizin hansı müstəsna fürsətdən və ya məqamdan getdiyini, hansı məzmunu ehtiva etdiyini daha dəqiq qiymətləndirməyə imkan verəcək.
Amma o da şübhəsizdir ki, Astana görüşündə məqsədlərdən biri ən azından Qərbin regionda vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsini nəzərdə tuta biləcək mümkün inkişaflarının qarşısının alınması müzakirə masasında olacaq. Burada diqqətçəkən məqam odur ki, Qazaxıstan prezidentinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sonuncu görüşü mayın 10-11-də Almatıda baş tutub. Moskva bu görüşü alqışladı. Yeri gəlmişkən, Paris də alqışladı.
Almatı görüşü ən azından xronoloji olaraq Almaniya prosesini effektiv şəkildə “kəsdi”. Bundan əvvəl Almaniyanın təşəbbüsü ilə Berlində Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüş olub. Yeri gəlmişkən, bundan sonra faktiki olaraq aprelin 19-da sərhədlə bağlı birgə razılaşma olub. Sonra Almatıda görüş olub. Orada iki gün davam edən görüşün nəticəsinin nə olduğu bəlli deyil.
Bəs Vaşinqton dəvəti, görüşlərin formatından başqa, məzmunun dəyişməsini nəzərdə tutacaqmı?
Asif Cəfərov
Ordu.az