Nazir müavini: "COP29-a ev sahibliyinin Azərbaycana həvalə olunması beynəlxalq dəyərin bariz nümunəsidir"

2024/06/Rauf_-1718091871.jpg
Oxunub: 177     11:38     11 İyun 2024    
COP29-a ev sahibliyinin Azərbaycana həvalə olunması ölkəmizə beynəlxalq səviyyədə verilən dəyərin bariz nümunəsidir.

Ordu.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan COP29-a sədrliyi çərçivəsində qlobal həmrəyliyin gücləndirilməsi barədə beynəlxalq təşkilatlar və müxtəlif ölkələrlə sıx danışıqlar aparmaqdadır.

"Biz COP-la bağlı BƏƏ və Braziliya ilə də sıx əməkdaşlıq edirik", - nazir müavini qeyd edib.

O vurğulayıb ki, 2030-cu ilə qədər Azərbaycan atmosfer havasındakı zərərli qazların minimuma endirilməsi üçün qarşısına konkret məqsədlər qoyub. Eyni zamanda, 2030-cu ilə qədər həm işğaldan azad olunmuş ərazilər, həm də ölkənin digər yerlərində minlərlə hektar meşə sahələrinin bərpası nəzərdə tutulur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: COP29   Azərbaycan  


Bizi "telegram"da izləyin