Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Ulu Öndər Heydər Əliyevin və şəhid olan həkimlərin məzarlarını ziyarət ediblər - FOTOLAR

2024/06/sehiy-1718607729.jpg
Oxunub: 419     10:50     17 İyun 2024    
Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Ordu.az xəbər verir ki, tibb işçilərinin peşə bayramı ilə əlaqədar səhiyyə naziri Teymur Musayev, nazirliyin Aparatı və tabeliyindəki müəssisələrin rəhbər şəxsləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, böyük alim, ictimai-siyasi xadim, səhiyyə təşkilatçısı Əziz Əliyevin və tanınmış elm xadimi Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər düzülüb.

Daha sonra İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan həkimlərin əziz xatirəsi anılaraq, məzarları üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Səhiyyə-Nazirliyi   Heydər-Əliyev   Şəhid-həkim  


Bizi "telegram"da izləyin