Hərbi Nəşriyyatın ildönümü münasibətilə tədbir keçirilib - VİDEO+FOTOLAR

2024/06/42a73-1718542596.jpg
Oxunub: 711     16:36     16 İyun 2024    
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının yaranmasının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Tədbirdə Şəxsi Heyət Baş idarəsinin zabitləri, Müdafiə Nazirliyinin mətbu orqanlarının şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin müşayiətilə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov iştirakçıları salamlayaraq şəxsi heyəti Hərbi Nəşriyyatın yaranmasının 30-cu ildönümü və Qurban bayramı münasibətilə təbrik edib.

Baş idarə rəisi mətbəənin yaranma tarixindən, keçdiyi inkişaf yolundan, Vətən müharibəsi dövründə icra etdiyi tapşırıqlardan danışıb. Hərbi Nəşriyyatın bütün növ çap materiallarının nəşr edilməsi üçün müasir texniki avadanlıqlarla təchiz edildiyini qeyd edib.

Tədbirdə Hərbi Nəşriyyatda istehsalatın inkişafına töhfə verən, vəzifə borcunu layiqincə yerinə yetirən hərbi qulluqçular və mülki işçilər mükafatlandırılıblar. Sonra Hərbi Nəşriyyatın 30 illiyinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının konsert proqramı ilə başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Hərbi-Nəşriyyat   Tədbir  


Bizi "telegram"da izləyin