KİV: Fransa parlament seçkiləri ilə əlaqədar iğtişaşlara hazırlaşır

2024/06/3ca83-1718714328.jpg
Oxunub: 319     15:44     18 İyun 2024    
Fransa polisi parlament seçkilərindən sonra hadisələrin inkişafı üçün bütün mümkün ssenariləri nəzərdən keçirir və Fransanın sağçı Milli Mitinq partiyasının qələbə qazanacağı təqdirdə iğtişaşlara hazırlaşır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın "Le Journal du Dimanche" (JDD) qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, polis 7 iyul tarixi, seçkilərin ikinci turunun keçiriləcəyi günü xüsusilə təhlükəli hesab edir. Bu gün hüquq-mühafizə orqanlarının sərəncamında “mümkün qədər çox işçi” olması zəruridir.

Fransa polis həmkarlar ittifaqının nümayəndəsi Erik Henrinin nəşrə verdiyi məlumata görə, polis hazırda qalxan, qumbara, dəbilqə, su şırnaqları və qoruyucu vasitələr hazırlayır.

Eyni zamanda, həmkarlar ittifaqının nümayəndəsi bildirib ki, polis əməkdaşlarının sayı məhduddur, ona görə də iğtişaşlar baş verərsə, asayişin qorunmasında “ordunun iştirakı məsələsi” yenidən gündəmə gətiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   İğtişaş  


Bizi "telegram"da izləyin