“Sivilizasiya bölünmə xətti” Qara dənizin Qafqaz sahillərindən keçəcək? – ANALİZ

2024/06/1717392890.jpg
Oxunub: 622     11:21     03 İyun 2024    
“RİA Novosti” Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun fikrini çatdırır. Fikir isə bundan ibarətdir ki, Çin Pekinin böhranın həlli təşəbbüsü çərçivəsində Ukrayna üzrə sülh konfransı çağıra bilər.

“Biz Çinin mövqeyini bölüşürük ki, ilk növbədə, bərabər və bölünməz təhlükəsizlik prinsipi əsasında münaqişənin əsas səbəbləri həll edilməli və bütün tərəflərin qanuni maraqları qorunmalıdır”, - deyə Lavrov qeyd edib. Çin Xarici İşlər Nazirliyi ötən il fevralın 24-də Rusiya-Ukrayna münaqişəsinin həlli təşəbbüsünü dərc edib. Sənədin xülasəsi mövcuddur.

Sonrakı tövsiyələrin birinci bənd üzərində qurulduğu sənədin birinci bəndində deyilir ki, münaqişənin həlli beynəlxalq hüququn aliliyi ilə, ikili standartlar olmadan baş tutmalı və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü təmin edilməlidir. Moskva, sənəddə deyildiyi kimi, bu “primat” mövqeyi bölüşürmü, yoxsa Çinin sülh konfransı çağırmasını sadəcə olaraq İsveçrədə çağırılacaq konfransa alternativ kimi görür?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, “dünyanın əksər dövlətləri Ukrayna məsələsində neytral mövqedədir”. Çin prezidenti Si Cinpin Vladimir Putinlə danışıqlardan sonra ölkəsinin “münaqişə tərəfi olmadığını” deyib. Prinsipcə, eyni şeyi hətta Ukraynaya maliyyə və hərbi dəstək verən ölkələr də deyə bilər, çünki onlar birbaşa müharibədə iştirak etmirlər. Lakin Rusiya XİN rəhbəri Pekinin təşəbbüsünü NATO-Rusiya hərbi münaqişəsi ehtimalının həddən artıq yüksək olduğu bir mərhələdə “xatırlayıb”.

“New York Times” Ağ Evdəki mənbələrdən öyrənib ki, prezident Bayden çox güman ki, Ukraynaya Rusiya hava məkanında döyüş təyyarələri və ballistik raketləri vurmaq üçün ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə icazə verəcək. Çinin təşəbbüsü ilə Sülh Konfransının keçirilməsinin məqsədəuyğunluğundan danışarkən, Rusiyanın xarici işlər naziri səmimidir, yoxsa bu, “taktiki hiylə”dir?

Pekinin mövqeyini qəbul etmək “1991-ci ildə qarşılıqlı olaraq tanınan sərhədlərə qayıtmaq” deməkdir. Belə olan halda, Putinin demək olar ki, dörddə bir əsrlik səyləri “sulanır”. Çin “bitərəf ölkələri” birləşdirmək və Qərbi “sülh naminə Rusiyanın ərazi qazancları ilə barışmaq lazım olduğuna” inandırmaq kimi son dərəcə ağır məsuliyyəti qəbul edəcəkmi? Qərbin təşəbbüsü ilə İsveçrədə konfrans çağırılarsa, Rusiyanın siyasi “qınaması” məsələsi əsas olacaq.

ABŞ və Avropa İttifaqının (Aİ) aparıcı ölkələri konsensusa gəlib, Vladimir Putini “təcavüzkar” kimi tanıya biləcəkmi? Lavrovun “konstruktivliyi” bu mümkün konsensusu neytrallaşdırmaq üçün deyil? Avropa Parlamentinin üzvü olan Rumıniyanın keçmiş prezidenti Trayan Besesku Kişineuya səfər edərək, Moldova hakimiyyətini “Dnestryanıdan imtina etməyə və Aİ-yə qoşulmağa” çağırıb.

Gürcüstan isə, görünür, bu yoldan imtina edir. Avro-Atlantik və Avrasiya “sivilizasiya bölünmə xətti” haradan keçməlidir? Kiyevdəki Kreşatikdən, yoxsa Qara dənizin Qafqaz sahillərindən?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qara-dəniz   Qafqaz  


Bizi "telegram"da izləyin