İran Zəngəzur dəhlizi reallığı ilə barışır? Qərb və Rusiyanın fikirləri eynidir?

2024/05/1717059692.jpg
Oxunub: 804     13:24     30 May 2024    
İranda növbədənkənar prezident seçkiləri təyin edilib. Lakin İranda bu mövqeyə hamı iddia edə bilməz.

Namizədlərin qeydiyyatı Keşikçilər Şurası tərəfindən aparılır, seçki mübarizəsində maksimum on namizədin iştirakına icazə verilir. Praktikada isə heç vaxt belə bir seçki mübarizəsi olmayıb. Bu halda, ekspert qiymətləndirmələrinə əsasən, Keşikçilər Şurası “islahatçılar” və “mühafizəkarlar” arasında deyil, klandaxili namizədlər arasında seçim edəcək.

Keşikçilər Şurasında olanlar ruhani xadimlərdir. Hər halda həlledici amil İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyinin fikridir. Məlumatlı mənbələrin iddiasına görə, Xameneyi fikrini İslam İnqilabı Keşikçiləri Korpusunun ali komandanlığı ilə razılaşdırdıqdan sonra səsləndirir. Qarışıq bir şey alınır. Amma bu, qonşu ölkənin ənənəsidir. Maraqlı olan odur ki, Xameneyi Paşinyanla görüşdə Ermənistan-İran münasibətlərinin vacibliyini və kursun dəyişməzliyini vurğulayıb.

Xameneyi Ermənistanla İran arasında düşmənlərin olduğunu da bildirib. O kimi nəzərdə tutub? Lakin İrəvanın iqtidaryönlü mətbuatı Xameneyinin nə deməsindən asılı olmayaraq, İran prezidentinin seçilməsindən narahatdır, çünki Zəngəzur dəhlizi ilə bağlı “qırmızı xətlər” dəyişə bilər. Mümkündür ki, biz informasiya-təbliğat təxribatı ilə üzləşirik. Görünür, İrəvan Xameneyi-Paşinyan danışıqlarının “tam anlaşma və razılaşmaların qüvvədə qalması” atmosferində baş tutması və başa çatması üçün fon yaratmağa çalışır ki, dəhlizin həyata keçirilməsi ilə bağlı proseslər bir qədər də ləngisin. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Naxçıvanla əlaqə Azərbaycandan Azərbaycana prinsipi ilə aparılmalıdır. Yəni Azərbaycan-Naxçıvan kommunikasiyası məsələsində başqa tənzimləmə tətbiq edilməlidir.

Digər tərəfdən, İran-Azərbaycan razılaşmaları, İbrahim Rəisi ilə İlham Əliyevin Araz çayı məsələsində razılığa gəlməsindən ilhamlanma mənasında Ermənistana ünvanlanıb. Bu, Ermənistanın cənubundan yan keçməklə, Azərbaycan-İran-Naxçıvan avtomobil və dəmir yolu kommunikasiyasının yaradılmasını nəzərdə tutur.

Mətbuatdakı ekspert rəylərinə görə, Ağbənd yol körpüsünün istismarı Rusiyanın “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi istifadəyə verilənədək İranla avtomobil əlaqəsi yaratmaq imkanıdır. Zəngəzurun kommunikasiya imkanları ətrafında atmosfer “təzyiqləri yüksəlir”. Azərbaycan Bakının İranla prinsipial razılığa gələ biləcəyinə dair siqnallar verir.

Lakin Zəngəzur dəhlizinə nəzarət Rusiyanın əsas məqsədidir. Habelə Qərb Türkiyə-Mərkəzi Asiya əlaqəsinin İranın nəzarətində olmasına necə yanaşır? Türkiyə Mərəz Asiya ilə əlaqəyə İranın vasitəçiliyi ilə razıdırmı? İran Zəngəzurda Naxçıvan-Azərbaycan kommunikasiyasının təmin edilməsinin birləşdirilməsini qəbul edir?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin