İran Ermənistan-Hindistan müdafiə məsləhətləşmələrində Rusiyanı “satacaq”?

2024/05/1715942411.jpg
Oxunub: 397     16:02     17 May 2024    
Mayın 14-də Ermənistan Müdafiə Nazirliyində Ermənistan və Hindistan nazirlikləri arasında ilk müdafiə məsləhətləşmələri keçirilib.

Ermənistan tərəfinin yaydığı rəsmi açıqlamaya görə, məsləhətləşmə Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Levon Ayvazyan və Hindistan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə birgə katibi Şri Vişveş Neqinin sədrliyi ilə keçirilib.

Məlumata görə, ikitərəfli məsələlərlə yanaşı, regional vəziyyət də müzakirə edilib və məsləhətləşmələr nəticəsində imzalanan protokol ikitərəfli müdafiə əməkdaşlığı məsələləri üzrə işçi qrupunun yaradılmasını nəzərdə tutur. Faktiki olaraq Ermənistan və Hindistan arasında müdafiə sahəsində əməkdaşlıq institutlaşdırılır, daha əhatəli işçi kommunikasiya mexanizmləri formalaşır.

Bu, Ermənistanın təhlükəsizlik sisteminin Avrasiya məkanından çıxarılması istiqamətində növbəti addımdır. Habelə qeyd etmək lazımdır ki, məsələ paket məsələsidir və Hindistanın marağı Dehlinin qlobal proseslərin iştirakçısı kimi malik olduğu geniş siyasi məqsədlərlə bağlıdır. Lakin Ermənistan-Hindistan əməkdaşlığının sabitliyi Rusiyanın müttəfiqi olan İranın effektiv iştirakı məsələsi ilə əhəmiyyətli dərəcədə bağlıdır.

Lakin görünür İran bu məsələdə Rusiya amilini nəzərə almaq istəmir. Məsələn, üç ölkənin xarici işlər nazirlikləri səviyyəsində ilk üçtərəfli məsləhətləşmə ötən ilin aprelində İrəvanda keçirilib. İranın regional rolu ilə bağlı müəyyən nüanslar nəzərə alınmaqla, üçtərəfli məsləhətləşmə və ya müdafiə sahəsində əməkdaşlıq formatı real olmasa da, xarici işlər nazirlikləri səviyyəsində cəhdlər edilir. Amma görünür bununla bağlı Rusiya tərəfindən ciddi etirazlar olub və qapalı müzakirələr həyata keçirilib.

Təsadüfi deyil ki, bir ildən çox vaxt keçib, lakin Ermənistan-İran-Hindistan üçtərəfli formatında XİN səviyyəsində yeni məsləhətləşmənin keçirilməsi barədə məlumat yoxdur.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan   Hindistan   Rusiya  


Bizi "telegram"da izləyin