Moskva Cənubi Qafqazda yeni dayaqları necə formalaşdırır? Qərb regionu tərk edir?

2024/05/1715417820.jpg
Oxunub: 782     14:22     11 May 2024    
Xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstanda siyasi böhran yaranır.

Mayın 8-də təxminən eyni vaxtda Tbilisinin müxtəlif məhəllələrində eks-prezident Saakaşvilinin üç nüfuzlu tərəfdarı Levan Xabeişvili, Gia Caparidze və Dmitri Çikovaniyə hücum edildiyi barədə məlumat yayılıb. Onlar yaşayış binalarına daxil olarkən mülki geyimli, lakin maskalı şəxslər tərəfindən hücuma məruz qalıblar.

Siyasi müşahidəçilərin fikrincə, hakimiyyət “seçkilər ərəfəsində vətəndaş qarşıdurması təhlükəsi ilə dolu olan zorakılıq yolunu seçib”. Gürcüstanda ehtimalı çox yüksək olan xarici siyasət istiqamətinin dəyişməsi təhlükəsizlik sisteminin şaxələndirilməsi istiqamətində təşəbbüslərə və Ermənistan-Aİ münasibətlərinə ciddi təsir göstərəcək.

Görünür, səbəblər haqqında geniş danışmağa ehtiyac yoxdur. Bu hal diqqəti cəlb edir ki, Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərin soyuqluğu fonunda Ermənistanda radikalların aksiyası başlayıb. Ermənistandakı hərəkat faktiki olaraq hökumətin xarici siyasətini qəbul etmir və “milli kimliyi, tarixi və mənəvi dəyərləri qoruyub saxlamağ”ın vacibliyini vurğulayır.

Əslində, söhbət Ermənistanın ənənəvi oriyentasiyasına qayıtmaqdan, yaxud sadə dildə desək, Rusiyanın təsirini saxlamaqdan gedir. Ermənistan KİV-lərindən biri radikal keşiş tərəfindən təşkil edilən mitinqə toxunaraq, çox tutqun bir perspektiv ortaya qoyub. Bu perspektivə əsasən, hakimiyyəti “saxlamaq üçün Nikol Paşinyan etirazçılara qarşı silah tətbiq etməkdən çəkinməyəcək”.

Erməni keşiş itaətsizlik aksiyalarının başladığını elan edib. “Demokratiya ilə konstitusiya quruluşu”nun qorunub saxlanması arasında seçim situasiyası yaranarsa, Paşinyan və onu dəstəkləyən Avropa ölkələri və strukturları üçün ciddi sınaq olacaq. Moskva öz rəhbərliyi altında Cənubi Qafqazda yeni dayaqlar yaratmağa çalışır?

Avropa İttifaqı parlament seçkilərinə hazırlaşır, Rusiya-Ukrayna münaqişəsi davam edir və görünür, uzun müddət davam edəcək. Bu vəziyyətdə Cənubi Qafqazdakı vəziyyət Aİ və Avropanın aparıcı ölkələri üçün ortadan qaldırıla bilməyəcək, həddindən artıq yüklənmə yarada bilər. Resurslar kifayət etmir. Rusiya-Ukrayna müharibəsi Köhnə Dünyanın strateji zəifliyini üzə çıxardı. Hətta İsveçrə və ya İrlandiya kimi neytral ölkələr də öz təhlükəsizliklərindən narahatdırlar və NATO-nun onları “çətiri altına almaq” imkanı belə yoxdur.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Cənubi-Qafqaz   Qərb  


Bizi "telegram"da izləyin