Ölkələr üzrə bölgüyə əsasən, indiyədək 8 ölkədən 13 Baş katib NATO-nun idarəçiliyini öz üzərinə götürüb. Üç ölkə Baş Katiblik seçkilərində özlərini ön plana çəkməyi bacarıb. Böyük Britaniya və Niderland hər birində üç Baş katib, Belçika isə iki Baş katib olmaqla, digər üzv ölkələrlə müqayisədə bu vəzifəyə daha istəkli görünür. Baş katib vəzifəsinə seçilənlərin bölgüsündə sözügedən ölkələri hər biri bir Baş katib olmaqla, İtaliya, Almaniya, İspaniya, Danimarka və Norveç izləyir.
Bölgüdə Qərbi Avropa ölkələrinin daha istəkli olduğu deyilə bilər. Əlbəttə, xatırlamaq yerinə düşər ki, Baş katib vəzifəsi boş olanda italyanların köməkçi kimi üç qısa mandatı var idi. Belə olan halda, namizədlər və onların ölkələri Stoltenberqdən sonra Baş katib seçilməsində çoxşaxəli mənzərə təqdim edirlər.
NATO Baş Katibliyinə namizədlər
Estoniyanın Baş naziri Kaya Kallas, Latviyanın keçmiş Baş naziri Arturs Krişyanis, Danimarkanın Baş naziri Mette Frederiksen, Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles, Niderlandın Baş naziri Mark Rutte və Rumıniya prezidenti Klaus İohannis namizədlikləri ilə bağlı bəyanatla çıxış ediblər. Kallas Ruttenin xeyrinə namizədliyini geri götürüb, ABŞ, Almaniya və Böyük Britaniya isə eyni namizədi dəstəklədiklərini açıqlayıblar.
Digər tərəfdən, NATO-da qəbul edilən qərarlar “konsensus”, yəni bütün üzvlərin razılığını tələb etdiyi üçün namizədlər bütün üzvləri razı salmalıdırlar. Ancaq bununla bağlı sürprizlər gözləmək düzgün olmazdı. Başqa sözlə, yəqin ki, Rutte dördüncü niderlandlı Baş katib olacaq. Rusiyanın Ukraynaya hücumu ilə namizədlik yarışı həmişəkindən daha sərtləşdi. Baltikyanı və Avropanın şərqindəki NATO üzv dövlətləri Baş Katibliyi öz üzərinə götürməyə can atdılar. Səbəbi çox sadədir.
Bu cəbhədə rusların böyük narahatlığı var, onların sükanı ələ keçirmək və NATO-nun prioritetlərini formalaşdırmaq istəyi üstünlük təşkil edir. Təhdid həddi yüksəldikcə, NATO-nun Baş katibi olacaq siyasətçilərin öz ölkələrində “qəhrəman” olması qaçılmazdır. Ona görə də NATO-ya həddən artıq çox rol verən ölkələrdə bu mövqeyə çatmaq dəyərli nailiyyətdir. Baş katibin avropalı olması artıq ənənə halını alıb. Əslində NATO komandanı kimi tanınan general rütbəli amerikalı əslində ABŞ-nin Avropadakı komandanı vəzifəsini icra edir.
Başqa sözlə, Alyansın hərbi qanadı amerikalılar tərəfindən idarə olunduğu halda, siyasi qanadın başında “amerikalılar tərəfindən təsdiqlənmiş” avropalı durur. Seçki öncəsi aparılan lobbiçilik hansı namizədin çəki qazandığı ilə bağlı “meyl”i də ortaya qoyur. Əslində NATO-nun aparıcı dövlətlərinin dəstəklədiyi adlar ümumiyyətlə Baş katib vəzifəsinə uyğun hesab olunur. Türkiyənin İstanbuldakı görüşdən sonra Rutteyə dəstək verəcəyini açıqlayaraq, mövqeyini açıq şəkildə ortaya qoyması diqqət çəkir.
Yeni Baş katibi gözləyən mövzular
NATO-ya üzv ölkələrin Rusiya təhlükəsini dərk etməsi təbii ki, ən vacib mövzudur. Ukrayna müharibəsinin Alyansa vurduğu fəsadlar xüsusilə Avropanın şərqində və Baltik dənizində olan üzvləri ayaq üstə saxlayır. Ukraynaya “axan” və daha da göndəriləcək silah və sursatlardan əlavə, F-16-ların bir neçə aydan sonra ukraynalı pilotlar tərəfindən istifadə ediləcəyi məlumdur.
Bununla belə, Rusiyanın reaksiyasının aqressiv olacağı aydındır. Ona görə də NATO-nun onilliklər ərzində döyüş hazırlığı səviyyəsinə istinad kimi qəbul etdiyi “təhlükə”yə cavab vermək yeni Baş katibin qisməti ola bilər. Bu halda Alyansa qətiyyətli və məntiqli bir “menecer” rəhbərlik etməlidir.
Baş katibin seçilməsini gözləyən ikinci mühüm vəzifə 2022-ci il Madrid Sammitində qəbul edilmiş NATO Strateji Konsepsiyasının həyata keçirilməsidir. Konsepsiya Alyansın prioritetlərinin müəyyənləşdirilməsinə, resursların bölüşdürülməsinə və qüvvələrin strukturlaşdırılmasına təsir edən ən mühüm sənəddir. Hələ yeni olan bu Konsepsiyanın həyata keçirilməsi böyük ölçüdə yeni Baş katibin vəzifəsi olacaq. Digər tərəfdən, məlumdur ki, üzv dövlətlər bu məsələdə həmişə problemlər yaşayır.
Üçüncü məsələ Alyans daxilində potensial parçalanmalardır. Trampın ABŞ prezidenti seçildiyi mümkün ssenaridə ABŞ-nin NATO-ya dəstəyini geri çəkməsi ehtimalı narahatlıq yaradır. Hətta bəzən ABŞ-nin NATO-dan çıxması kimi ritorika səsləndirənlər də var. Onu da nəzərə almaq lazımdır ki, Fransa prezidenti Makron bunu “beyin ölümü” kimi qələmə verdikdən sonra yenidən NATO-ya qucaq açsa da, yenə də Aİ yönümlü hərbi strukturu müzakirə edib. Yəni yeni Baş katib NATO-nun aparıcı üzvləri ilə bir az da “mübarizə aparacaq”. NATO ölkələrinin siyasi liderlərini idarə etmək o qədər də asan olmayacaq.
Digər diqqət çəkən məsələ NATO-nun döyüş hazırlığı səviyyəsinin daha da gücləndirilməsidir. Stoltenberq 2022-ci ildə 400 min NATO hərbi qulluqçusunun yüksək hazırlıq səviyyəsində olduğunu bildirib. Təhdid qavrayışı daha da güclənərsə, yeni Baş katib rəqəmlər gətirmək əvəzinə bu qüvvələri səfərbər etməli ola bilər. Nəticədə yeni Baş katibi fırtınalı siyasi və hərbi mühit gözləyir. Əslində bu vəzifəyə namizəd olmaq cəsarət tələb edən bir gedişdir.
Sevinc Əliyeva
Ordu.az