Paşinyan həmin “dəyərləri” və həmin silsilədə Ermənistanın dövlətçiliyi, müstəqilliyi və suverenliyi ilə birlikdə sadalayır: “Ermənistanın tarixi, erməni xalqının folkloru: dastan, inanclar, əfsanələr, miflər. Erməni dili və yazıları, erməni ədəbiyyatı, o cümlədən tərcümə ədəbiyyatı, bilik, elm. Ümumerməni potensialı, erməni diasporu. Vətən, ailə, fərd. Erməni Apostol Müqəddəs Kilsəsi, Erməni Katolik Kilsəsi, Erməni Yevangelist Kilsəsi: xristianlıq”.
Təbii ki, sıra daha uzundur, ona bir sıra digər kateqoriyalar daxildir. Sitat gətirdiyimiz hissə ona görə diqqətəlayiqdir ki, Paşinyan öz simasını açır və faktiki olaraq daha öncə öz “konsepsiyası” ilə ayrılan “real” və “tarixi” Ermənistan anlayışlarına toxunur, əslində bunları birləşdirir. Ən azından ilk təəssürat belədir, çünki Nikol Paşinyanın xüsusilə son dövrdəki ictimai çıxışlarında yuxarıda sitat gətirilən və sadalanan hallar, belə demək mümkündürsə, bir-birinə əks, zidd məntiqlə və ya belə demək mümkündürsə, “real Ermənistan”a açıq mətnlə, yaxud gizli şəkildə qarşı çıxma “konsepsiyası” ilə vurğulanıb.
Buna uyğun olaraq, Paşinyanın mayın 8-də səhər saatlarında bunları bir sırada təşkil etmək qərarına gəlməsinin səbəbi nədir? Bunun sadəcə sensasiyalı, təsadüfi bir qərar olmadığı şübhəsizdir. Bəs qərarın arxasında hansı motiv dayanır? Küçədə cərəyan edən hərəkat və ona qarşı Paşinyanın önə çəkməyə çalışdığı informasiya-təbliğat mübarizəsi? O qeyd edib ki, hərəkatı əvvəlki hakimiyyət nümayəndələri və ya Rusiya izi ilə əlaqələndirmək kifayət qədər nəticə vermir, ona görə də müəyyən mövqelərlə ona qarşı müəyyən müxalifət və tənqid “əsasları”nı neytrallaşdırmağa çalışmaq lazımdır.
Yoxsa Nikol Paşinyan öz qeydi ilə hərəkata qarşı sərt qarşılıqlı informasiya-təbliğat mübarizəsinə baxmayaraq, lazım gələrsə, ünsiyyətə hazır olduğuna dair siqnal verməyə çalışır? Yoxsa Nikol Paşinyan öz qeydi ilə müasir sosial şəbəkə dili ilə desək, “trolluq edir”? Diqqətəlayiqdir ki, o, qeydi ötən gün keçirdiyi böyük mətbuat konfransından sonra yazır.
Həmin mətbuat konfransı kifayət qədər tələsik hazırlanmış mətbuat konfransı idi, buna görə də Moskvaya getməzdən əvvəl “əməliyyat zərurəti”ni nəzərdə tutan və son aylarda öz məntiqi fonunda “gözlənilməz” olan vurğularla qeyd yazır. Təsadüfi deyil ki, o, məhz növbəti gün, mayın 8-də Rusiyanın paytaxtında Avrasiya İqtisadi Birliyinin (AİB) yubiley assambleyasında iştirak etdi və Rusiya prezidenti Vladimir Putinlə görüş keçirdi.
Aqil Məmmədov
Ordu.az