Simonyan niyə Avropa İttifaqına üzv ölkələrin parlament rəhbərlərinin konfransında iştirak edib, bunun Ermənistan üçün “faydalı iş əmsalı” nədir və onun Rusiya-Ukrayna münaqişəsinə belə qiymətləndirməsi verməsi üçün hansı zərurət var idi? Bunlar başqa mövzunun suallarıdır. Rusiya Federal Məclisinin yuxarı palatasının spikeri Ermənistan parlamentinin Alen Simonyanın rusofob, anti-Rusiya bəyanatlarına qiymətləndirmə verəcəyini gözləyir, çünki xanım Matviyenko erməni xalqının bunları bölüşmədiyinə əmin olduğunu ifadə edib.
Alt mətn budur ki, Simonyan “erməni xalqını təmsil etmir”. Yəni o, Ermənistan hakimiyyətini ümumilikdə qanunsuz kimi tanıyır, çünki Simonyan lideri Nikol Paşinyan olan “Vətəndaş Müqaviləsi” partiyasını təmsil edir. Matviyenko faktiki olaraq Ermənistanın parlament müxalifətini Alen Simonyanı “tatamiyə dəvət etməyə”, izahat tələb etməyə, onun rusofob və anti-Rusiya bəyanatlarına siyasi qiymətləndirmə verməyə çağırır.
Matviyenkonun “çağırışı” həm də Ermənistanın parlament müxalifətindən narazılıqdır ki, o niyə indiyədək Simonyandan hesabat tələb etməyib? Ermənistan parlamentinin “Hayastan” və “Şərəfim var” fraksiyaları Matviyenkonun çağırışını yerinə yetirəcəkmi? Matviyenkonun həqiqətən də yazılı sorğu göndərib-göndərməyəcəyi bəlkə də yaxın günlərdə və ya həftələrdə bəlli olacaq.
O da maraqlıdır ki, Matviyenko Vladimir Putin-İlham Əliyev danışıqlarından dərhal sonra, Tavusda baş verən hadisələr və Ermənistanda hakimiyyət dəyişikliyi hərəkatının formalaşması ilə bağlı informasiya-təbliğat inyeksiyaları fonunda Simonyanın rusofobiyasını xatırlayıb. Matviyenko Rusiya siyasi elitasının “qoca sümüyü”dür, icra hakimiyyətində məsul vəzifələrdə çalışıb.
Onun bəyanatından iki mühüm sual yaranır: Kreml artıq Ermənistanın fəaliyyətdə olan hakimiyyətini erməni xalqının nümayəndəsi kimi tanımır, yoxsa problem yalnız Simonyandadır? Bəs əgər Kremlin qiymətləndirməsinə görə, “Vətəndaş Müqaviləsi” partiyası və Paşinyan “erməni xalqını təmsil etmirlərsə”, Moskva kimi erməni xalqının qanuni nümayəndəsi kimi görür?
Aqil Məmmədov
Ordu.az