Gürcüstanın gecikmiş reaksiyası hansı qorxuları ilə bağlıdır? – BAXIŞ BUCAĞI

2020/08/34534-1598423658.jpg
Oxunub: 693     20:36     26 Aprel 2024    
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı Ermənistan-Azərbaycan razılaşmasını alqışladığını açıqlayıb. Gürcüstan XİN-in yaydığı bəyanatda Gürcüstanın regional sülh və sabitliyə önəm verdiyi bildirilir.

Gürcüstanın alqışlaması Ermənistan-Azərbaycan bəyanatından dörd gün sonraya təsadüf edir. Gürcüstan XİN niyə “uzun müddət düşündü”? Təbii ki, bu gün Tbilisinin öz problemləri var, amma ola bilsin ki, Ermənistan-Azərbaycan sahəsində baş verənlər Gürcüstan üçün heç də az problem deyil, xüsusən də söhbət Gürcüstanla həmsərhəd bölgələrdən gedir.

Orada həll olunan problem ümumiyyətlə ikitərəfli deyil, regionaldır və hətta daha artığıdır. Şimaldakı Ermənistan-Azərbaycan sərhədi, əslində, Qafqazda status-kvonun dayaq nöqtələrindən biridir, bəlkə də Zəngəzur kimi məşhur olmasa da, ondan geri də qalmır. Ola bilsin ki, Gürcüstan bir neçə gündür bu haqda “düşünür”, vəziyyəti dəyərləndirməyə, baş verənlərin dərinliyini və sabitliyini anlamağa çalışırdı.

Gürcüstanın nəyi başa düşdüyünü söyləmək çətindir, amma bəlkə də üç-dörd gündən sonra elan edilən “alqışlama” Tbilisinin bunu o qədər də səbirsizliklə gözləmədiyindən, sadəcə sonda susmaqdansa, bəlkə də ilk növbədə Azərbaycanda və ilk alqışlayanlardan biri olan Türkiyədə narazılıq yaratmaqdansa, alqışlamağa üstünlük verdiyindən xəbər verir. Görünür, Gürcüstanın Ermənistanla sərhədlərinin dəqiqləşdirilməsi prosesində hər şey rəsmi Tbilisinin ürəyincə deyil və ya bu prosesin paralel şəkildə aparılması gürcüləri qane etmir.

Hər bir halda Gürcüstan yaxşı təsəvvür edir ki, aprelin 19-da elan edilən razılaşmanın əsasında Ermənistanın işğalı durur və vaxtilə güc tətbiq etmək hədəsi ilə formalaşmışdı. Bu isə təkcə Ermənistan-Azərbaycan münasibətləri üçün presedent riski ehtiva etmir.

Bu arada Gürcüstanın da Ermənistanla sərhəd anlaşmazlıqları var. Yeri gəlmişkən, bu anlaşılmazlıqlar indi də davam edir, hətta yerini Samtsxe-Cavaxetiyə ötürə bilər.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin