Azərbaycanla Rusiya arasında artan dialoqların xronikası

2024/04/15359-1711965012.jpg
Oxunub: 469     18:19     01 Aprel 2024    
Martın 5-də Rusiyanın Baş naziri Mişustin iki günlük rəsmi səfərlə Bakıya gəlib. Onun Prezident İlham Əliyevlə danışıqları üç saatdan çox çəkib, bundan sonra tərəflər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı prinsipial razılığın əldə olunduğunu bəyan ediblər.

Martın 17-də Rusiya MSK prezident seçkiləri ilə bağlı yalnız ilkin məlumatları açıqlayanda İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin müttəfiqlik, əməkdaşlıq strateji xarakteri təsdiqlənib.

Bir neçə saatdan sonra İlham Əliyev Xankəndidə olub, orada Novruz tonqalını alovlandırıb və bildirb: “Fevralın 26-da mən Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür”.

Bir gün sonra Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Bakıda olub. O, Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə görüşüb. Əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Azərbaycan Baş Prokurorluğu ilə Rusiya İstintaq Komitəsi arasında 2024-2026-cı illər üçün Əməkdaşlıq Proqramı imzalanıb.

Bastrıkinin Bakıya səfərindən 3 gün sonra, martın 22-də Moskvanın “Krokus Siti Hol” binasında terror aktı baş verib. Terror aktından sonra İlham Əliyev Putinə zəng edərək başsağlığı verib, Rusiya Prezidenti isə terrorçuluğa qarşı birgə mübarizədən danışıb.

Həmin gün Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ və Avropa İttifaqına Ermənistana birtərəfli yardım göstərməməyə və Cənubi Qafqazda yeni ayırıcı xətlər və təsir dairələri yaratmamağa çağırarkən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zaxarova Ermənistan-Azərbaycan münaqişəsinin üçtərəfli formatda əldə edilmiş razılaşmalar əsasında nizamlanmasından bir daha danışıb.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin