İrəvan Tbilisini nə ilə hədələyir? Qafqaz müharibəsində qalib kim olacaq?

2020/08/34534-1598423658.jpg
Oxunub: 3787     14:28     27 Mart 2024    
Gürcüstanın Baş naziri və NATO Baş katibinin İrəvana səfərindən sonra Ermənistanın iqtidaryönlü mətbuatı həddindən artıq kontekstual təhlillər aparır. Şərhçilərdən biri Gürcüstanın Ermənistan üçün əhəmiyyətini nəzərdən keçirərək, çox kobud, Gürcüstan-Ermənistan zahiri strateji tərəfdaşlığına uyğun gəlməyən ifadə işlədib və bildirib: “Bu ölkə keçid qabiliyyətindən başqa heç kimə maraqlı deyil”.

Eyni yerdə Gürcüstanda ən kritik vəziyyətdə Tbilisiyə olduqca çox problem yaradan ermənilərə də işarə var. Bu müşahidənin hansı dipnota malik olduğunu başa düşmək çətin deyil. İrəvan işarə edir ki, Tbilisinin “fürsətçi münasibəti” halında “Samtsxe-Cavaxeti bölgəsi əbədi erməni torpağıdır” layihəsi həyata keçiriləcək.

İrəvan mətbuatı guya Ukraynada “işləri bitirdikdən” sonra Rusiyanın Abxaziya və Cənubi Osetiya, daha sonra isə Cavaxetiya məsələsinin həllinə keçəcəyinə inanır. Əgər bir çox erməni siyasi xadim Putinin Ukraynada qalib gəlməməsinin Ermənistanın da maraqlarından irəli gəldiyini deməsəydi, bunu “xəstə təxəyyül” kimi qiymətləndirmək olardı.

Axı, Ermənistan Gürcüstanın həmin əraziləri üzərindən Qara dənizə çıxış imkanları axtarır. Təbii ki, Gürcüstanla toqquşma halında şərtlər daha da pis olacaq, amma bu, istənilən halda alternativ kimi nəzərdən keçirilir. Bir çox rusiyameyilli erməni ekspert Ukraynadan sonrakı mümkün vəziyyətdə İrəvanın şanslarını belə qiymətləndirir. Bundan çox ehtiyatla olsa da, belə güman etmək olar ki, Paşinyan müxtəlif dairələrdən Gürcüstanla münasibətləri şübhə altına almaq göstərişi alıb.

Digər tərəfdən, Paşinyanın Tavusdakı sərhəd problemləri ilə bağlı şərhlərinə cavab verən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Rusiyanın vəziyyətlə heç bir əlaqəsi yoxdur, bu, Paşinyanla Avropa İttifaqı arasında məsləhətləşmələrin nəticəsidir. Söhbət isə Ermənistan-Azərbaycan sərhədinin həmin hissəsində erməni təxribatlarının yenidən başlamasının mümkünlüyündən gedir.

İrəvanın “ekspert” qiymətləndirməsinə görə, Abxaziya dəmir yolunun yenidən açılması Rusiya üçün “ehtiyatdır” və bu, Ermənistana “körpü vasitəsilə İran və Türkiyə ilə əlaqə yaratmağa” imkan verəcək. Digər tərəfdən Orta Dəhlizin əsas benefisiarlarından biri “Yeni İpək Yolu” meqalayihəsi ilə Çindir. Çin konteyner qatarları artıq bərə ilə Xəzər dənizindən keçir, oradan Bakı-Qars dəmir yolu ilə Türkiyəyə, oradan da Avropaya çatır. Sankt-Peterburqdan Hindistanın Mumbay şəhərinə qədər uzanan şimal-cənub dəhlizinə külli miqdarda pul xərcləyən Rusiyaya təbii ki, ənənəvi olaraq özünün “arxa bağçası” kimi qəbul edilən Mərkəzi Asiyanın Avropa İttifaqı ilə orta dəhlizlə bağlanması sərfəli deyil.

Göründüyü kimi, baş verən demarkasiya məsələsinə 2020-ci ilin iyununda baş verən üç günlük döyüşlərin dərindən qiymətləndirilməsi nöqteyi-nəzərindən baxmaq lazımdır. Azərbaycan-Gürcüstan-Türkiyə kommunikasiyaları Ermənistan-Gürcüstan-Azərbaycan “üçbucağı”nın çox yaxınlığından keçir. Bu mənada Qərbdən edilən təşviqlər və Rusiyadan edilən çağırışlar tamam başqa mənzərədən xəbər verir. Görünən odur ki, Ermənistanın Azərbaycana nifrəti praqmatizmdən üstündür. Amma bu halda müharibə artıq Ermənistan-Azərbaycan müharibəsi yox, hamının uduzacağı Qafqaz müharibəsi olacaq.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürücstan   Müharibə  


Bizi "telegram"da izləyin