Türkiyənin müdafiədə ixracat çempionları mükafatlarını alıblar

2024/02/GGjEM-1708335375.jpg
Oxunub: 413     16:35     19 Fevral 2024    
Antalyada keçirilən Müdafiə və Aviasiya Sənayesində Qlobal Strategiyalar Konfransı çərçivəsində “Müdafiə və Aviasiyada 2023 İxrac Çempionları” mükafatlandırma mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, Belek Turizm Mərkəzində keçirilən “Müdafiə və Aviasiya Sənayesində Qlobal Strategiyalar Konfransı”nın ikinci günündə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Murat Ceran müdafiə və aviasiya ixracatında MSK-nin strategiyasını açıqlayıb.

Konfrans çərçivəsində Yaxın Şərq, Mərkəzi Asiya, Uzaq Şərq, Amerika, Avropa və Afrika başlıqları altında ayrı-ayrı regional qiymətləndirmələr aparılıb.

“Baykar Teknoloji” baş direktoru Haluk Bayraktarın mətbuata qapalı keçirilən çıxışından sonra müdafiə və aviasiya sahəsində 2023-cü ilin ixrac çempionu olan ilk 5 şirkət olan “Baykar Makina”, TUSAŞ, MKE AŞ, TEI və BMC-yə mükafatlar Türkiyə MSK sədri Haluk Görgün tərəfindən təqdim edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Türkiyə   Müdafiə   İxrac  


Bizi "telegram"da izləyin