Quru Qoşunlarında daşqaldırma birinciliyi keçirilib - FOTOLAR

2024/02/84412-1707569317.jpg
Oxunub: 292     16:24     10 Fevral 2024    
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Quru Qoşunlarında hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Birinciliyə start verilməmişdən öncə komandaların püşkatma mərasimi keçirilib, yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb.

Birdən və təkanla qaldırma üzrə 39 nəfər hərbi qulluqçunun iştirak etdiyi birincilikdə 7 komanda üzrə 6 çəki dərəcəsində mübarizə aparılıb.

Daşqaldırma birinciliyində iştirak edən “Şəmkir”, “Bərdə” və “Hadrut” komandaları ümumi nəticələrə müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Yarışların sonunda qaliblərə fəxri fərman, diplom və kuboklar təqdim edilib, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, qaliblər cari ilin mart ayında Azərbaycan Ordusu üzrə keçiriləcək daşqaldırma birinciliyində güclərini sınayacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Quru-Qoşunları   Daşqaldırma  


Bizi "telegram"da izləyin