Milli Qəhrəman Şikar Şikarovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib - FOTOLAR

2023/12/29-1702122971.jpg
Oxunub: 632     15:54     09 Dekabr 2023    
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən tədbirdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, institutun zabit, müəllim və kursant heyəti, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və məktəblilər iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində iştirakçılara Milli Qəhrəmanın şərəfli həyat yolu haqqında ətraflı məlumat verilib. Ş.Şikarovu yaxından tanıyan dostları, xidmət yoldaşları çıxış edərək onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb və qəhrəmanlığından danışıblar.

Tədbirdə şəhidlərimizə göstərilən diqqət və qayğıya, onların xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: MN   Şikar-Şikarov  


Bizi "telegram"da izləyin