Xocalıda kitabxanadan çox sayda silah-sursat tapılıb - FOTOLAR

2023/11/1700843910.jpg
Oxunub: 3997     19:44     24 Noyabr 2023    
Xocalıda kitabxanadan silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Ordu.az-a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ballıca kəndi ərazisində yerləşən kitabxanadan 3 ədəd 12.7 mm-lik "TŞK" markalı pulemyot, 5 ədəd 12.7 mm-lik "PK" markalı pulemyot, 42 ədəd müxtəlif çaplı "AK" markalı avtomat, 1 ədəd 30 mm-lik "AQS-17" markalı qumbaraatan, 4 ədəd "RPQ-5" markalı qumbaraatan və sayda müxtəlif silahlara məxsus sursat aşkarlanıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: DİN   Xocalı  


Bizi "telegram"da izləyin