DSX-də Zəfər Günü münasibəti ilə təntənəli tədbir keçirilib - FOTOLAR

2023/11/11f4f-1699344557.jpg
Oxunub: 30512     11:54     07 Noyabr 2023    
Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində “8 noyabr - Zəfər Günü” münasibətilə təntənəli tədbir keçirilib.

DSX-dən Ordu.az-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi Qələbənin üçüncü ildönümünün ölkəmizin hər bir bölgəsində təntənə ilə qeyd olunduğu bildirilərək, müqəddəs savaşda şücaətlə döyüşmüş sərhədçilərin bu şanlı “Zəfər Günü”nü yüksək coşqu ilə qarşıladıqları vurğulanıb.

Keçirilən tədbirdə kursantlar şəxsi heyət qarşısında idman yarışları və əyləncəli musiqi nömrələri ilə çıxış ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: DSX   Zəfər-Günü  


Bizi "telegram"da izləyin